Kəndə getdi, bir daha İstanbula dönmədi


Sədəf Çoban fizioterapiyanı buğa sevgisinə dəyişdi, 4 kubok qazandı 

Türkiyənin Muğla bölgəsi, Marmaris əyalətində yaşayan Sədəf Çoban 2019-cu ildə İstanbul Bilgi Univeristetinin fizioterapiya və reabilitasiya fakültəsindən məzun olub. İmtahanlarını verdikdən sonra tətil üçün kəndə qayıdıb. O gələn, bir daha İstanbula geri qayıtmayıb. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, Sədəf babalardanqalma buğa yetişdirmək sənətini davam etdirməyə başlayıb. Bundan əvvəl də yay tətillərini kənddə keçirən gənc qız “Çoban Efe” adı verilmiş buğanı bəsləməklə məşğul olurmuş. Sədəf 1 yaşlı buğanı əlləriylə yedirib-içirirmiş.

Bölgədə buğa yarışları populyar olduğundan Sədəf buğanı yarışlara hazırlayıb. Buğaya yaxşı qulluq edib, buğa da üzünü qaraltmayıb. İndiyədək iştirak etdiyi yarışlarda qalib olub, 4 kubok qazanıb. 

Sədəf qış aylarında ahırda bağlı qalan buğanın ayaqları açılsın, cəld hərəkət edə bilsin deyə, 1 tonluq heyvanı hər gün yarım saat gəzdirir. 

Sədəfin ailəsi pansionat işlədir, eyni zamanda heyvandarlıqla da məşğuldur. Sədəf Çoban buğa sevgisinin ailədəngəlmə olduğunu deyib: 

“Köçəri olduğumuz üçün heyvandarlıq bizim üçün “olmazsa-olmaz”dır. Muğlada buğa yarışları bir ənənədir. Atam üçün də bu vazkeçilməz hobbi idi. Bütün yarışları izləməyə gedirdi, qayıtdıqda böyük həvəslə anladırdı. Mən də böyük həyəcan duyurdum.

 Sonra internetdən buğalar, necə bəslənməlidirlər, onlara necə qulluq edilməlidir, həm də buğa yarışları barədə məlumatlar öyrəndim. 

Dərs zamanı da “Çoban Efe” ağlımdan çıxmırdı. Nəhayət məzun oldum, kəndimizə döndüm və sevimli buğamla ilgilənməyə başladım. Ula və Datça bölgələrində yarışlara qatıldıq. 

Efem 4 dəfə qalib oldu, 10 min lirə mükafat qazandıq. Babalardanqalma bu ənənəni davam etdirə bildiyim üçün özümü xoşbəxt sayıram”.