Adanalılar 2023-cü ili yox, 2024-cü ili qeyd ediblər


Adananın Kozan rayonunda 2023-cü il əvəzinə 2024-cü ilin qeyd olunması diqqətdən qaçmayıb. Yeni il coşğunu yaşayan vətəndaşlar, Adananın fərqli bir şəhər olduğunu ifadə edərək, hər kəsə xoşbəxtlik arzulayıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, fərqli bir şəhər olduqlarını bildirən adanalılar 2023-cü ili deyil, 2024-cü ili qeyd ediblər.

Kozan səmtində təşkil edilən yeni il əyləncələrinin bəzilərində obyektlərin 2023-cü il deyil, 2024-cü il üçün bəzədilməsi  diqqət çəkib.

Yerli sakin  Ali Tutar, Adananın fərqliliklər şəhəri olduğunu ifadə edərək, "bütün Türkiyə 2023-cü ili qeyd edərkən biz 2024-cü ili qeyd edirik" deyib.

İş adamlarından Veysel Şakir 2024-cü il həyəcanının günlər əvvəl rayonda yaşandığını qeyd edərək, "Biz Adanalılar hər il gələn ilin coşğunu yaşayırıq, bütün Türkiyə 2023-cü ili qeyd edərkən biz 2024-ü qeyd edirik" deyə bildirib.

Turan