Yenə çinlilər...! - “Möcüzəli öpüşmə cihazı” yaradıldı

  Çinlilər bunu da etdi. Çinin yeni icadı bir-birindən uzaqda olan sevgililərin öpüşməsini təmin edəcək cihazdır. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, bu cihaz bir başqasının dodaq hərarətini və hərəkətlərini qarşıdakı insana çatdırır. Çinlilər bunu “möcüzəli öpüşmə cihazı” adlandırıb. Cihazdan istifadə edənlər sanki sevgilisi yanındaymış və onu reallıqda öpür kimi hiss edir. Cihazın qiyməti 260 Çin yuanı – 700 TL-dir. 

Yeni cihaza sosial şəbəkədə təpki göstərənlər də olub. Etiraz edənlər cihaza süni, silikon dodaqların yerləşdirilməsini aldadıcı effekt adlandırır və bununla insanların hissləriylə oynayaraq gəlir əldə edildiyini bildirirlər. Deyilənə görə, cihaz xüsusi vasitə ilə bir insanın öpüşlərini digər birisinə çatdırmaq üçün tərəflər arasında mobil əlaqə yaradır. Bunun üçün hər iki tərəf eyni anda mobil telefonunu yükləmə cihazına bağlamalıdır. Çinin “Taobao” onlayn platforması üzərindən hər ay 100 ədəd satılır. Cihazın Çinin şərqindəki Şanqzu Texniki Universiteti tələbələri tərəfindən icad edildiyi bildirilib.