Kralın qızı üçün möhtəşəm toy

Mərasim televiziyalarda canlı yayımlandı


  İordaniya kralı II Abdullahın böyük qızı, şahzadə İman yunan əsilli sahibkar, Nyu-Yorkda çalışan Cəmil Alexander Zermioti ilə ailə qurub. Şahzadənin toyu İordaniya televiziyası ilə canlı yayımlanıb. Şahzadə 26, kralın kürəkənisə 28 yaşındadır. Şahzadə İman nikah mərasimi keçiriləcək salona vəliəhd şahzadə Hüseynin müşayiəti ilə gəlib. Nikah bağlandıqdan sonra isə gəlin və bəy "Qurani-Kərim"dən ayələr oxuyublar.

Sonra isə toy tortu kəsilib. Mərasimdə çıxış edən İordaniya kraliçası Raina qızının bu xoş gününə şahidlik etməsini həyatının ən bəxtəvər anları adlandırıb, övladının ailə qurmasını hər bir valieyn kimi onun da ürəyini sevinclə doldurduğunu deyib.

 Şahzadənin toyu zamanı çəkilən fotolar internetdə ən çox izlənənlər sırasına daxil olub. 

Başqa bir xəbərə görə, II Abdullahın böyük oğlu, vəliəhd Hüseyn səudiyyəli iş adamının qızı Rajva Saif ilə evlənməyə hazırlaşır. Onların toyu 1 iyun tarixinə təyin edilib. Kral Abdullahın 28 və 18 yaşlarında daha 2 övladı var.