Toya 15 min nəfər qatılıb

Gəlinə o qədər çox qızıl, zinət əşyaları hədiyyə edilib ki, daşıya bilməyib

Hakkarinin Yüksəkova əyalətinin Böyükciftlik ərazisində 2 gün 2 gecə toy çalınıb. Toyun sahibləri  Hakkarinin ən böyük qəbilələrindən biri Pinyanişi qəbiləsinə (Pinyanişi əşirəti) mənsub Yüksəkovanın Böyükçiftlik Beldəsi bələdiyyə başqanı İsmayıl Rüşdü Zeydan və İraqın Dohuk şəhərində yaşayan Nerwey qəbiləsinin  lideri Raşid Mohamad Taher olub. İsmayıl Rüşdü oğlu Nazim Levənt Raşid Taherin qızı Kavin Nervey ilə evlənib. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, toyda 15 min nəfərinb iştirak etdiyi deyilir. İştirakçıların sayı o qədər çox olub ki, gəlin və bəyə hədiyyə edilən zinət əşyaları, təqdim olunan pullar sayılmadan sandığa yığılıb. İsmayıl Rüşdünün qohumları təkcə Türkiyədə yox, İraq və İranda da yaşayır və əksəriyyəti də toya gəlib. Toy mərasimi mərkəzdən 20 kilometr aralıdakı Büyükçiftlik ərazisində keçirilib. Toyda digər qəbilə başçıları ilə yanaşı bir sıra vəzifəli şəxslər də iştirak ediblər. 

Gəlinə o qədər çox qızıl, zinət əşyaları hədiyyə edilib ki, ağırlığından yorulub və çoxunu üzərindən çıxarmalı olub. Toy məclisində 3 ton ət istifadə edilib. Toya gələnlərə qovurma, plov, cacık təqdim edilib. Dəvətlilər bəylə-gəlinə verəcəkləri hədiyyələri sandığa atmaq üçün uzun növbədə dayanıblar. Ümumilikdə gəlinə 3.5 kiloqram qızıl, bəyə isə 4 milyon TL hədiyyə edilib. Bəyin əmisi isə deyib ki, zəlzələdən zərərçəkmiş 5 ailənin məsrəflərini 1 il ərzində bəylə gəlin qarşılayacaq.