Moda dünyasında “idrar ləkəli” cins şalvar mübahisəsi bitmək bilmir. “Bu da olacaqmış!” deyə “ləkəli” şalvarlara etiraz edənlərlə, “moda dünyası hər cür yeniliyi sevir” deyərək tərəf tutanlar arasında fikir ayrılığı şalvarların sürətli satışına mane olmayıb. “Sherg.az” “NTVcom.tr”yə istinadən xəbər verir ki, “idrar ləkəli” görünüşlü cins şalvarlar baha qiymətə alınır. Bu şalvarlara tələbat o qədər artıb ki, artıq defisit mal hesab edilir. “Ləkəli şalvar” ilk dəfə ötən il Milan moda həftəsində təqdim olunub. Lakin satışa bu il çıxarılıb. Qiyməti 608 ABŞ dollarıdır. Şalvarların qasıq hissəsinin digər hissələrə nisbətən tünd çalarlı olması sanki “idrar ləkəsi” varmış kimi görünür. Bu görüntü ilk baxışda heç də xoş deyil. Lakin “ağına-bozuna baxmayan” moda həvəskarları ləkəli şalvarları bəyənir. Satışın da sürətli olması və tələbin yüksəlməsi istehsalçıları daha da ruhlandırıb. Hazırda ləkəli şalvarlar brendə çevrilib və çox populyardır. Ləkəli şalvarların moda dünyasına girişi isə maraqlıdır. Ləkəli şalvarı cəmiyyətə komediya aktyoru Tim Robinson tanıdıb. Bir televiziya proqramında çıxış edən aktyor “ləkəli şalvar”la səhnəyə çıxıb. Bundan sonra şalvarlar geyim olaraq populyarlaşıb. Aktyor çıxışı zamanı “kişilər fikirli olur, bəzən özlərindən bixəbər olurlar. Belə şalvarlar onların köməyinə çata bilər”, deyib. Zarafatla deyilmiş bu söz isə “idrar ləkəli” şalvarların istehsalına səbəb olub. Demək ki, hətta qeyri-etik zarafatlar da moda aləmini yönləndirə bilir.
Moda dünyası bir-birinə dəydi - Ləkəli şalvar...
10:22 30.04.2024
Relaks
2732

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan İrəvana dəvət edildi
12:19 21.06.2025
Dünya
Putin müharibənin dayandırılması üçün şərtlərini açıqladı
12:13 21.06.2025
Dünya
İordaniya səfiri: Şuşadakı dəyişiklikləri görmək heyranedicidir
12:00 21.06.2025
Qarabağ
Gürcüstan DTX keçmiş nazir müavinini həbs etdi
11:30 21.06.2025
Cənubi Qafqaz
Kondisioner pnevmoniyası: Ciyər çökür, böyrək sıradan çıxır
11:20 21.06.2025
Sağlamlıq
Milli Məclisin növbəti iclası başlayıb
11:07 21.06.2025
Gündəm
Koncoryan: Paşinyan Türkiyəyə bu məqsədlə gedib
11:00 21.06.2025
Cənubi Qafqaz
Samvel Şahramanyan həbs oluna bilər
10:40 21.06.2025
Cənubi Qafqaz
İranın bunu əldə etməsinə qarşıyıq - Putin
10:31 21.06.2025
Dünya
Zəfər nəsli formalaşır: Gənclik milli dəyərlərlə silahlanıb
10:00 21.06.2025
Sosial
Pakistan Trampı Nobel Sülh Mükafatına namizəd göstərdi
09:17 21.06.2025
Gündəm
Qızıl və gümüş ucuzlaşdı
09:10 21.06.2025
İqtisadiyyat
Yevlaxda 12 otaqlı ev yanıb, bir nəfər zəhərlənib
09:03 21.06.2025
Hadisə
"Liverpul" 116 milyonluq transferini açıqladı
08:51 21.06.2025
İdman
92 yaşlı nənə hər gün 200 dəfə Jim edir
08:36 21.06.2025
Sağlamlıq