İstanbul hava limanının əkiz təhlükəsizlik işçiləri: DÜNYADA BELƏSİ YOX!

İstanbul Hava Limanında mühafizəçi işləyən iki  əkizlər Ənvər və Əkrəm Eser və Tahsin və Yasin Ərtoğrulu görən sərnişinlər gözlərinə inana bilmirlər.

Sherg.az xəbər verir ki, bir vaxtlar Atatürk Hava Limanında mühafizəçi işləyən və hava limanı bağlandıqdan sonra İstanbul Hava Limanında vəzifələrinə davam edən əkiz mühafizəçilər Ənver və Ekrem Eser və Tahsin və Yasin Ərtoğrul həm sərnişinlərin, həm də işçilərin diqqətini çəkir.

Adətən şəxsi heyətin istifadə etdiyi təhlükəsizlik qapısına  təyin olunan Ənver və Əkrəm, Tahsin və Yasin qardaşları sərnişinlərin fotoşəkil çəkdirmək istəyini rədd etmirlər.

İstanbul Hava Limanına gələn və əkiz mühafizəçiləri görən Hindistanlı sərnişin Həkim Asif Siddiq indiyə qədər 52 hava limanından səyahət etdiyini və əkiz qardaşların eyni yerdə işlədiyinə ilk dəfə şahid olduğunu söyləyir.

15 ildir birlikdə çalışdıqlarını deyən  əkizlərdən biri olan Ekrem Eser deyib: 'Biz bura öz istəyimizlə gəlmişik. Əvvəllər Atatürk Hava Limanında işləyirdik. Bu yerin açıldığını eşitdik. Dedilər ki, getmək istəyirsiz? Ona görə dedik gedək. Biz hava limanı tikiləndən işləyirik".


Əkiz qardaşlardan Ənver Eser eyni növbədə eyni nöqtədə işlədikləri üçün sərnişinlərin və işçilərin təəccübü ilə qarşılaşdıqlarını bildirib: “Əkiz olmağın təbii ki, bir çox üstünlükləri var. Biz də burada eyni mühitdə işləyirik, rəislərimizin, müdirlərimizin sayəsində bizə çox kömək edirlər. Burada işləyəndə sərnişinlər çox təəccüblənir, bəziləri də bizimlə  foto çəkdirmək istəyir".

Yaşadıqları maraqlı hadisələrdən birini paylaşan Enver Eser deyib: "Bir sərnişinə pasportla bağlı  yol göstərişi etmişdim. 2 dəqiqə sonra Əkrəmlə qarşılaşıb. Mən “Buradan düz gedib sağa dönməlisən” deyərkən Əkrəmi görüncə yenidən soruşmuş. Əkrəm də bu dəfə “sola dön” deməsi sərnişini təəccübləndirib. Sərnişin, "2 dəqiqə əvvəl "sağa dön" dedin, indi niyə belə deyirsən" deyə təəcüblənib. O da  əkiz  qardaşım olduğunu izah etməyə çalışıb. Sərnişin buna inanmayıb. Hətta sərnişinlə fotomuz da var. Belə maraqlı hadisələr baş verir. 
Digər əkiz qardaşı Əkrəm Eser: "Sərnişinlər  qapılarda təəccüblənir. Əvvəlcə  əşyalarını, kəmərini çıxaranda bu tərəfə gələndə Ənveri görürlər. Soruşurlar ki, "qardaş, ordan bura necə gəldin? “ deyə soruşurlar. Bizim belə gözəl xatirələrimiz var".


Eser qardaşlarından Enver Eser işdə və evdə əkiz olma problemləri yaşadıqlarını da ifadə edir: "Həyat yoldaşlarımız Əlcəzair vətəndaşıdır, əvvəlcə çaş-baş qaldılar, amma öyrəşdilər. Bu günlərdə uşaqlarla bağlı bir az problem var. Bəzən böyük qızı Əkrəmi görəndə ona "ata" deyərək qaçır. Sonra yəqin ki, anlayır ki, atası olmadığını. Zaman-zaman belə yaxşı problemlərimiz olur".

Qardaşı Ənvərdən 5 dəqiqə sonra dünyaya gələn Ekrem Eser də fikirlərini belə dilə gətirir: "Yeri gəlmişkən, Allahın izni ilə mənim də əkizlərim olacaq. Ikizlərin də əkizləri olur deyirlər.  15 ildir eyni iş yerində çalışırıq, heç ayrılmadıq. Tək yumurta əkizlərik. Fərqli mühitlərdə olduğumuz zaman hiss etdiyimiz şeylər olur. Bunun başına bir işmi gəldi deyə arayıram. Elə bil öncədən hiss edirəm. Ya xəstə olur, ya da xəstəxanada olduğunu öyrənirəm”. 

Ənver Eser  əkizlərin hisslərinin güclü olduğunu bildirir: "Hiss məsələsi belədir. Bir hadisəni sizinlə bölüşsəm, qardaşım o anda burada olmasa da, nə demək istədiyinizi başa düşə bilər. İkimiz də eyni hissləri yaşaya bilərik".


İstanbul Hava Limanında işləyən digər iki əkiz qardaşlar Tahsin və Yasin Ərtoğrulun sözlərinə görə, əkiz olmağın bir çox üstünlükləri var. Yasin Ərtoğrul, "Getdiyin yerdə sevilirsən. Bizi görən sərnişinlər şəkil çəkdirmək istəyirlər. Heyət qapısında işləyərkən mühafizə darvazasından keçən işçilər əvvəlcə birimizi, sonra digərimizi görüb təəccüblənir. Soruşurlar ki, "qardaş, səndən biridəmi var?". Sərnişinlər də eyni dərəcədə təəccüblənirlər. Terrasda şəkil çəkdirmək istəyən sərnişinlər var. Bizi qarışdıran çox adam var, bizi tanımır və ayırd edə bilmirlər” deyə bildirir.