20 yaşında başladı
Türkiyənin Erciyes dağında trekdə mühafizəçi işləyən alpinist, 32 yaşlı İbrahim Kiraz 17 ildə 101 dəfə zirvəyə qalxıb. İbrahimin ilk dırmanışı 2007-ci ildə, 20 yaşındaykən baş tutub. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, İ.Kiraz səhhəti imkan verdiyi müddətcə zirvəyə qalxmağa davam edəcəyini deyib: “Bu elə bir həvəsdir ki, dağın havası, küləyi üzünə dəydimi, vaz keçə bilmirsən. Hər dəfə yenidən zirvəyə qalxmaq istəyirsən”, deyən İ.Kiraz Erciyes dağının ətəyindəki Hacılar rayonunda anadan olub. Uşaq yaşlarından hər səhər oyandıqda evin pəncərəsindən görünən Erciyes dağına baxarmış. Bu həvəs onu Erciyes Xizək Mərkəzində trek mühafizəçisi işləməyə gətirib. Burada 2 il həvəskar alpinist kimi işləyib. 20 yaşında olarkən Ağrı dağı, Həsən dağı, Aladağlar kimi bir çox yerdə zirvəyə qalxıb, nəhayət, ən böyük arzusunu da gerçəkləşdirərək Erciyes dağının zirvəsinə qalxıb. Zirvədə xatirə dəftərinə onlarla dəfə adını yazdıran, bəzən bələdçi kimi dırmaşan Kiraz, marşrutu Erciyes olan yeni dırmanışlarla bu sayı artırmağı hədəfləyir. İbrahim Kiraz açıqlamasında daha sonra xizək sürməyi öyrəndiyi Erciyes dağında dağa dırmaşmağa başladığını bildirib. Zirvə qalxmaları sayəsində alpinizm həvəsinə düşdüyünü ifadə edən Kiraz, "Bu günə qədər Erciyesə 101 dəfə çıxdım. Ən çox zirvəyə çıxanlardan biri də mənəm" deyib. İbrahim Kiraz Erciyesin dırmanış yollarının çətin olduğunu, ən çox həyəcanlandığı və yıxılma təhlükəsi ilə üzləşdiyi yerin “Şeytan dərəsi” adlanan ərazi olduğunu bildirib. Təxminən 5-6 saat ərzində zirvəyə qalxdığını bildirən Kiraz: "Zirvəyə qalxan kimi hər şeydən uzaqlaşırsan. Alpinizmlə peşəkar şəkildə məşğul oluram. Türkiyə Alpinizm Federasiyasının bütün təlimlərini keçmişəm. Çətin hava şəraitində çoxlu dırmanışlar etmişik. Nəhayət, Allaha şükürlər olsun ki, zirvəyə qalxdıq. Bu günə qədər köhnə bir deyim var, onu belə xülasə edim: “Zaman ikinci dəfə gələcək”. Kiraz əlavə edib ki, həyatı və sağlamlığı imkan verdiyi müddətcə zirvəyə qalxmağa davam edəcək.