Pişiklər eşitdikləri sözləri başa düşürlər: Onlar körpələrdən daha sürətlidirlər!

Yaponiyada aparılan yeni bir araşdırma, pişiklərin insan nitqinə diqqət yetirdiyini və sözləri başa düşmək üçün körpələrdən daha sürətli reaksiya verdiyini ortaya qoyub.
Sherg.az xəbər verir ki, araşdırma, pişiklərin mükafat və ya təşviq etmədən sözləri şəkillərlə əlaqələndirə biləcəyini müəyyən edib.

Yaponiyanın Azabu Universitetinin heyvan alimləri qrupu 31 ev pişiyi üzərində apardıqları təcrübə ilə pişiklərin insan söhbətlərinə nə qədər diqqət yetirdiyini araşdırıb.
 
"Scientific Reports" jurnalında dərc edilən araşdırmada körpələrin dil inkişafı ilə bağlı araşdırmalarda istifadə edilən test pişiklərə tətbiq edilib. 


Təcrübədə pişiklərə körpələr üçün nəzərdə tutulmuş lüğət testi verilib. Hər bir pişiyə noutbukun ekranında iki qısa cizgi filmi nümayiş etdirilib və hər bir klip müxtəlif uydurma sözlərlə müşayiət olunub. 


Pişiklər hər cizgi filminə səkkiz dəfəyə qədər baxıblar. Təhlildə "yanlış" söz deyilən zaman pişiklərin ekrana üçdə bir dəfə daha çox baxdığı müşahidə edilib.

Tədqiqatçılar bu əlaqənin körpələrə nisbətən daha tez qurulduğunu ifadə edərək deyiblər ki, pişiklərin qısa bir müddət məruz qaldıqdan sonra şəkil-söz uyğunlaşdırması etməsi diqqət çəkir.


 
Bununla belə, onlar qəti mühakimə yürütməyin hələ tez olduğunu vurğulayıblar.

Araşdırma qrupu, pişiklərin uzun müddətdir bu əlaqələri qurub-yaramadığını və daha çox söz təqdim edildiyi bir mühitdə necə reaksiya verəcəklərini hələ bilmədiklərini ifadə edib.

Gələcək tədqiqatların pişik dilinin inkişafı və söz əlaqələri haqqında anlayışımızı dərinləşdirəcəyi düşünülür.