Anası ilə yarışır
Məlahət Rzayeva
08:43 07.05.2021
Relaks
918
Qızı da özü kimi geri qalmır
35 yaşlı məşhur model İrina Şeyk podiumdakı görkəmini gündəlik həyatında da gözardı etmir. Tez-tez qızını məktəbə apararkən və ya məktəbdən gətirərkən görüntülənən modelin hər dəfə əla görünüşdə və fərqli bir geyimdə olması gözdən yayınmır. Eyni zamanda Şeykin kiçik qızı da şıq geyimləriylə diqqət çəkir.
Qızla anası sanki geyim yarışına çıxırlar. Bu da sosial mediada çox müzakirə edilir. Bəziləri hesab edir ki, İrina Şeykə bu geyimlər məşhur moda evləri tərəfindən reklam xarakterli və ödənişsiz olaraq hədiyyə edilir. Əks təqdirdə bu qədər libasa pul çatdırmaq mümkün olmaz. Hətta yüksək qazanc əldə edən bir model üçün də gün ərzində tez-tez qiyafət dəyişmək çox yüksək məbləğdə pul itkisi deməkdir. İ.Şeykin sosial mediadakı bəzi təqibçiləri isə “Sadəcə üzərinə geyindiyi manto və montları asmaq üçün ayrı bir evə ehtiyac var. Yəqin onun nəhəng bir evi və bu evdə nəhəng geyim dolabı var ki, bu qədər libası ora sığışdıra bilir” yazır.
İrina Şeyk aktyor Bredli Cooperlə iki ildən artıq bir müddətdə birlikdə olub. Cütlük nişanlanıb, lakin hamı onlardan evlilik xəbəri gözlədiyi sırada ayrılıq qərarı veriblər. Buna baxmayaraq İrina ilə Bredli kiçik qızları Leanın xətrinə tez-tez bir araya gəlirlər. Bredli də tez-tez məhz qızını məktəbdən gətirərkən görüntülənir. İrina Şeyk ana olduqdan sonra belə açıqlama vermişdi: “Övlad sahibi olmaq insanın özünə dönüşməsi deməkdir. Əks halda bir yalanın içində yaşamağa məhkumsunuz”.
İ.Şeyk “nümunəvi ana olmaq özünü büsbütün övlada həsr etmək deyil, sevdiyin şeyləri etməyə də vaxt tapa bilməkdir. Ana olduğum üçün niyə dəyişim ki?! Analıq sadəcə, hıyatımıza əlavə edilən yeni bir bölümdür”, demişdi. İ.Şeyk analıq anlayışının Vətəni Rusiyada rus qadınlarından əxz etdiyini deyib: “qadın hər işi çatdırır. İşə gedir, uşaqlarına baxır, işdən gəlir, evdə yemək hazırlayır, bütün ağır işləri görür, hər işi bacarır”. Məşhur model həyat dərsini ailəsində aldığını deyib: “Ətrafımızda kişi yox idi. Həyatda hər şeyi bilməyi, hər işi bacarmağı öyrənmək zorundasan. Məsələn, mən kartof və ya xiyar necə becərilir, bilirəm. Çünki Rusiyanın sərt qışını keçirmək üçün bunları mütləq bilməlisən”. İrina Şeyk “ulduz” futbolçu Kriştiano Ronaldo ilə də eşq yaşayıb, lakin sonra, bir məlumata görə, Ronaldonun anasının təkidi ilə ayrılıblar. Şeyk ilə Bredli isə qızları üçün bir araya gəlməyi bacarır. Lea bəzən anası və ana nənəsiylə, bəzən də atası və ata nənəsiylə birlikdə yaşayır. Bredli Coopersə ata olmağın onu çox dəyişdirdiyini söyləyir: “Leanın oyuncaqları oynayır, saatlarla cizgi filminə baxıram. Və bunları edərkən həyatımı boşuna yaşamadığımı hiss edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq