Ayı bəsləyən qız
Məlahət Rzayeva
04:24 02.09.2021
Relaks
710
Veronika Dışka sevimli “Tortuşka”sı ilə səyahəti sevir
Rusiyada 24 yaşlı Veronika Dışka ayı bəsləyir. Hara gedirsə, ayını da özüylə aparır. “Şərq” “Milliiyet.com”a istinadən xəbər verir ki, “Tortuşka” ləqəbli ayı Veronikanı səyahət zamanı müşayiət edir. Avtomobildə sahibəsinin sağ tərəfindəki oturacaqda sakit bir şəkildə əyləşir və yola davam edir. Səyahətə ayı ilə çıxan Veronikanın paylaşdığı fotolar görənləri heyrətləndirir. Bu, bir Himalay ayısıdır. Və sürücü xanımın yanında çox nəşəli olduğu da görünür. Veronika fotonun altında ayıyla bağlı bunları yazıb:
“Tortuşka”nı ən çox maraqlandıran sükandır. Bir də burnuyla işığı yandırıb söndürür və bundan keyf alır. Təhlükəsizlik kəməri ilə oynayır. Avtomobillə səyahətləri sevir”. V.Dışka bu ayını 2019-cu ildə bir heyvanxanadan aldığını deyir.
Ayının yardıma ehtiyacı varmış. Veronika onu heyvanxanadan çıxarıb, müalicə etdirib.
“Məndən tez-tez soruşurlar ki, ayı ilə dostluq etməkdən qorxmursan?.. Tam əksi. “Tortuşka” yanımda olanda özümü güvən içində hiss edirəm. Səyahət zamanı ona ağızlıq belə geyindirmirəm.
İstəyirəm özünü azad, sərbəst hiss etsin. Daha çox Sibir meşələri tərəflərdə gəzirik. “Tortuşka” arada ağaclara dırmanır, ayı həyatı yaşayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual