Bilik günü müəllimə “göbək rəqsi” oynadı
08:19 03.09.2021
Relaks
1018
Məktəbin bütün kollektivi sorğu-sual olunacaq
Rusiyada 1 sentyabr – Bilik Günü qalmaqalla yadda qalıb. İlk dərs gününü təntənəli şəkildə qeyd edən orta məktəblərdən birində müəllimə şagirdlərin qarşısına rəqqasə geyimində çıxıb və “göbək rəqsi” oynayıb. “Milliyet.com” xəbər verir ki, bu mənzərə qarşısında şagirdlərin, necə deyərlər, “ağzı açıq qalıb”, valideynlərsə çılğına dönüb. Məlumdur ki, ilk dərs gününü təntənəli şəkildə qeyd etmək sovetlərdən qalma bir adətdir. Əslinə baxsaq, hər yerdə ilk dərs günü – Bilik günü xüsusi qeyd edilir. Məktəb rəhbərliyi təbrik nitqi söyləyir, şagirdlər şeir deyir, musiqi səslənir, mahnı oxuyan da olur. Amma göbək rəqsi, etiraf edək ki, ilk dəfədir baş verir.
Həm də Rusiyada. Rusiya rəsmiləri belə bir halın xüsusən, məktəbə ilk dəfə ayaq basan 6-7 yaşlı uşaqlar önündə baş verməsini nə tədrisə, nə də təlim-tərbiyəyə uyğun gəlmədiyi fikrindədir: “Uşaqlar qarşısında belə bir performans qəbuledilməzdir. Məktəbin bütün kollektivi sorğu-sual olunacaq”. “Göbək rəqsi”nə qapı açan orta məktəb barəsində isə artıq araşdırma başladılıb. Məktəbin ciddi şəkildə təftiş ediləcəyi bildirilib. Valideynlər əsəbi halda bu tamaşanı qınayıb. Bir valideyn “biz təhsilə buna görəmi pul ödəyirik?!”, digəri isə “bu, striptiz klubunun tamaşasına bənzəyirdi”, deyərək olayı qınayıblar. Moskva şəhər Analar Şurasının sədri Tatyana Butskaya da baş vermiş hadisəni bu şəkildə qınayıb: “Uşaqlar heç bir şey anlamadı. Böyüklər, həqiqətən utanmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq
08:08 28.04.2026
Cəmiyyət
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya