Fəhləlikdən modelliyə
Yusif Nəzərli
06:54 18.02.2022
Relaks
823
60 yaşlı kişi sosial mediada fenomenə çevrilib
Təmiz geyim, bahalı ayaqqabılar və səliqəyə salınmış saç-saqqal... Məhz bunlar 60 yaşlı hindli Mammikanı məşhurlaşdırdı. CNN Türk xəbər verir ki, 60 yaşlı hindli hazırda sosial mediada fenomenə çevrilib. Günəmuzd fəhlə işləyən, çörək pulu qazanmaq üçün hər cür ağır, çirkli işlərə razılaşan Mammikanın başına, nağıllardakı kimi əsl tale quşu qonub. Hindistanın cənub-qərbindəki Kerala əyalətinin sakini Mammika fəhləliklə məşğul olub.
Günlərin birində isə o, fotoqraf Shareek Vayalilin dqqətini çəkib. Fotoqraf Mammikaya yaxınlaşaraq ona yerli ayaqqabı markasının siması olmağı təklif edib. Və bunun müqabilində yüksək məbləğdə qazanc əldə edəcəyini deyib. Mammika onu necə bir məşhurluq gözlədiyinin fərqinə varmadan razılaşıb. Mammika marka reklamı üçün çəkilişlərə dəvət edilib. Əynindəki milli peştamal (hindli kişilərin beldən aşağı sarıdığı tikişsiz, düyməsiz pambıq parça) və nimdaş köynək çıxarılıb,
saçı, saqqalı səliqəyə salınıb. Təmiz, bahalı kostyum və marka ayaqqabı geyindirilib. Mammika bam-başqa birisinə dönüşüb. Və kameralar önünə keçib.
Mammikanın əvvəlki və hazırkı halını əks etdirən fotolar sosial mediada paylaşıldıqda görənlərin çoxu onu Hindistanın məşhur aktyor və bəstəkarı Vinayakana bənzədib. Bununla da Mammikanın şöhrəti ölkə sərhədlərini aşıb. Mammikanı bəyənənlərin sayı hər gün artmaqdadır.
Qəribə burasıdır ki, hindli kişi nəinki ölkədə, hətta ölkədən kənarda da artıq məşhurlaşsa da, yenə fəhləliklə məşğuldur. Kərpickəsən kişi kimi, “kərpic kəsməkdə” davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm