Hərbçinin böyrəyindən 800 qram ağırlığında daş çıxarıldı
Yusif Nəzərli
18:06 17.06.2023
Relaks
1003
Dünya rekordu
Şri-Lankada bir hərbçinin böyrəyindən çıxarılan daş böyüklüyü ilə görənləri heyrətə salıb, sahibinə is dünya rekordçusu adını qazandırıb.
“Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, böyrəklərdə əmələ gələn daşlar adətən 4-6 mm. ölçüsündə olur. Şri-Lanka ordusunun ehtiyatda olan zabitinin böyrəyindən çıxarılan daşın ölçüsü isə tam 13 santimetrdir. Sayt xəbər verir ki, sabiq hərbçi Canistus Coonghe böyrəyindəki ağrılar səbəbiylə həkimə müraciət edib. Onu müayinə edən həkim təcili əməliyyat edilməsini məsləhət görüb. Əməliyyat Kolombodakı Ordu xəstəxanasında icra edilib. Əməliyyat zamanı çəkilmiş fotolar da Şri-Lanka ordusu tərəfindən paylaşılıb. Əməliyyat barədə açıqlama verən həkimlər hərbçinin sağ böyrəyindən 800 qram ağırlığında daş çıxardıqlarını deyiblər. Həkimlər onu da deyib ki, belə böyüklükdə daş, maraqlıdır ki, pasiyentə ağrı versə də, böyrəyə heç bir zərər verməyib. Buvaxtadək dünya üzrə böyrəklərdən çıxan ən böyük daş 2018-ci ildə pakistanlı xəstəyə “mənsub idi”. O zaman pakistanlının böyrəyindən çıxan daşın çəkisi 616 qram olub. Ondan əvvəlsə dünya rekordu hindistanlıya aid olub. Şri-Lankalı hərbçinin böyrəyindən çıxarılan 800 qram ağırlığındakı daş ilə dünya rekordu təzələnib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə