Moda dünyasında “idrar ləkəli” cins şalvar mübahisəsi bitmək bilmir. “Bu da olacaqmış!” deyə “ləkəli” şalvarlara etiraz edənlərlə, “moda dünyası hər cür yeniliyi sevir” deyərək tərəf tutanlar arasında fikir ayrılığı şalvarların sürətli satışına mane olmayıb.“Sherg.az” “NTVcom.tr”yə istinadən xəbər verir ki, “idrar ləkəli” görünüşlü cins şalvarlar baha qiymətə alınır. Bu şalvarlara tələbat o qədər artıb ki, artıq defisit mal hesab edilir. “Ləkəli şalvar” ilk dəfə ötən il Milan moda həftəsində təqdim olunub. Lakin satışa bu il çıxarılıb. Qiyməti 608 ABŞ dollarıdır. Şalvarların qasıq hissəsinin digər hissələrə nisbətən tünd çalarlı olması sanki “idrar ləkəsi” varmış kimi görünür. Bu görüntü ilk baxışda heç də xoş deyil. Lakin “ağına-bozuna baxmayan” moda həvəskarları ləkəli şalvarları bəyənir. Satışın da sürətli olması və tələbin yüksəlməsi istehsalçıları daha da ruhlandırıb. Hazırda ləkəli şalvarlar brendə çevrilib və çox populyardır. Ləkəli şalvarların moda dünyasına girişi isə maraqlıdır. Ləkəli şalvarı cəmiyyətə komediya aktyoru Tim Robinson tanıdıb. Bir televiziya proqramında çıxış edən aktyor “ləkəli şalvar”la səhnəyə çıxıb. Bundan sonra şalvarlar geyim olaraq populyarlaşıb. Aktyor çıxışı zamanı “kişilər fikirli olur, bəzən özlərindən bixəbər olurlar. Belə şalvarlar onların köməyinə çata bilər”, deyib. Zarafatla deyilmiş bu söz isə “idrar ləkəli” şalvarların istehsalına səbəb olub. Demək ki, hətta qeyri-etik zarafatlar da moda aləmini yönləndirə bilir.
- Son Xəbərlər
- Gündəm
- COP29
- Siyasət
- Cəmiyyət
- Hadisə
- İqtisadiyyat
- Tarix
- Müsahibə
- Dünya
- İdman
- Elm və Təhsil
- İnfrastruktur
- Futbol
- Son dəqiqə
- Qarabağ
- Mədəniyyət
- Cənubi Qafqaz
- Rəsmi
- Yazarlar
- Reportaj
- Media
- Fotoqalereya
- Arxiv
- Şou
- Relaks
- Aktual
- Ədəbiyyat
- Sağlamlıq
- Texnologiya
- Sosial
- Hərbi
- Region
- Ölkə
- Ekologiya
- Maraqlı
Son xəbərlər
Moda dünyası bir-birinə dəydi - Ləkəli şalvar...
06:22 30.04.2024
Relaks
3158
Bizi YouTube-da izləyin
Video xəbərlər, reportajlar və müsahibələr kanalımızda.
Abunə ol
Bizi Facebook-da izləyin
Günün əsas xəbərləri Facebook səhifəmizdə.
İzlə
Bizi TikTok-da izləyin
Qısa videolarla ən maraqlı xəbərlər TikTok-da.
İzlə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxular qeydə alınacaq - Film kimi izləyə bilərik
01:33 24.11.2026
Maraqlı
Separatçılardan biri də öldü
01:14 24.11.2026
Gündəm
Mourinyo bəzi futbolçuların maaşlarının azaldılmasını təklif edib
00:55 24.11.2026
Futbol
Sumqayıtda ölümlə nəticələnən avtoqəza
00:17 24.11.2026
Hadisə
İstanbulda aslan axtarışları dayandırılıb
23:41 23.11.2026
Maraqlı
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirib
22:45 23.11.2026
Siyasət
Zelenski Trampın Ukraynada sülh təklifinə sərt cavab verdi
22:27 23.11.2026
Gündəm
Dominikanadan uçuş zamanı 40 sərnişində norovirus əlamətləri
22:25 23.11.2026
Dünya
Şəmkirdə 43 yaşlı kişinin parçalanmış meyiti aşkarlandı
21:35 23.11.2026
Hadisə
Uill Smitin 42 milyon dollarlıq malikanəsində yanğın baş verdi - Foto
21:22 23.11.2026
Şou
İran ABŞ-dan bu qədər təzminat tələb edir
21:10 23.11.2026
Region
Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlandı
21:01 23.11.2026
Hadisə
PKK İraqın şimalında daha 14 sığınacaq məntəqəsini boşaltdı
20:34 23.11.2026
Dünya