Qadınların toxunmasına icazə verilmir
Məlahət Rzayeva
08:52 26.05.2021
Relaks
593
"Min illərdir qaya bu şəkildə - dağın kənarından asılı vəziyyətdə qalıb"
Dünyanın cazibə qüvvəsindən azad yerləri heyrət doğurur
Haradasa cazibə qüvvəsinin olmadığını düşünmək qəribə gəlir insana. Hətta inanılmaz. Heyrətli görünsə də belə yerlər var. Yuxarıya doğru axan sular, yoxuş yuxarı özbaşına hərəkət edən avtomobillər, ya da bir uçurumun kənarında yerindən tərpənmədən dayanan nəhəng daşlar... Türkiyədə də belə bir məkan var. Bu yerlər haqqında “Milliyet.com” məlumat verir. Oxucular üçün maraqlı olacağını düşündük.
Hoover su anbarı
ABŞ-dakı Hoover su anbarı 221 metr yüksəklikdədir, lakin bu su anbarı cazibə qüvvəsindən kənardır. Su anbarında güclü hava sıxlığı səbəbiylə anbarın üstündəki bir nöqtədən tökülən su yerə doğru deyil, göy üzünə doğru – yuxarı hərəkət edir.
“Şeytan qülləsi”
386 metrlik bu qəribə tikili, Amerikanın ilk milli abidəsi sayılır. Dik formada inşa edildiyindən ora dırmanmaq olduqca çətindir. Tikilinin ətrafında qalmaq, çadır qurub gecələmək yasaqdır. Hər il minlərlə turist bu qülləni ziyarət edir, lakin çox az insan ora dırmana bilir.
Myanmar Golden Rock
Bölgənin ən müqəddəs məkanlarından biri hesab edilir. Bura şam işığında oyaq qalıb dualar edildiyi, yerli və xarici turistlərin marağına səbəb olan ibadət yeridir. Eyni zamanda buddistlərin Həcc bölgəsi sayılır. Əfsanəyə görə, iki güclü Tanrı 2500 il öncə bura bir qaya yerləşdirib. Tanrı Budda saçının teli ilə bu nəhəng qayanı tutub saxlayır.
Bu qayanı yerindən tərpədə biləcək insanın isə qadınlar olduğuna inanırlar. Ona görə də qadınların bu qayaya toxunmasına və ibadətgaha 10 metrdən çox yaxınlaşmasına izn verilmir. Qaya dağın lap kənarında, dağa çox cüzi təmas edərək dayanıb. Min illərdir qaya bu şəkildə - dağın kənarından asılı vəziyyətdə qalıb.
Argentina Davasko Daşı
270 tonluq bu nəhəng daş parçasının düşdüyü qəsəbə dünyada ən çox maraq edilən yerlərdən biridir. 1912-ci ildə daş düşüb parçalandı. Ona qədərsə hər il minlərlə insan onu görmək üçün bu qəsəbəyə gəldi. 95 il sonra – 2007-ci ildə yerli xalq daşı qaldırıb öz yerinə qoymaq istədilər. Və maraqlı üsul tapdılar. Daşın plastikdən oxşarını düzəltdilər və qayaya pərçimlədilər. Bununla da qəsəbəni yendən turistlərin maraq etdiyi yerə çevirdilər.
Əbdürrəhman Qazi Türbəsi
Ərzurumdakı bu türbənin yolunda maşınlar sürücünün müdaxiləsi olmadan hərəkət edir. Bu “sirli yol” insanları heyrətləndirir. Bura gələn insanlar möcüzəni gözləri ilə görmık üçün avtomobillərindən enir və avtomobillərinin yoxuş yuxarı özbaşına necə qalxdığını heyrətlə izləyirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə