Qəzaya uğramış təyyarə restoran oldu
Yusif Nəzərli
16:41 23.06.2023
Relaks
1163
Dost olan 2 sahibkar çürüməyə başlayan təyyarəni pide salonu kimi həyata qaytardı
Qəzaya uğramış, yararsız hala düşmüş avtobuslardan, təyyarələrdən də digər məqsədlər üçün istifadə edilməsi təcrübəsi məlumdur. Salonundan hətta kitabxana kimi istifadə edilən təyyarələr də var. Ankaradan havaya qalxıb Trabzonda eniş etməli olan, lakin uçuş zolağından çıxıb dəniz sahilinə 25 metrəlik məsafədə dayana bilmiş təyyarə isə pide salonuna döndürülüb. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, bu qəza 2018-ci il yanvar ayının 13-də yaşanıb. Ankara-Trabzon marşrutu üzrə Pegasus Hava Yollarına aid PC 8622 saylı reyslə uçan "Zeynəb” isimli “Boeing 737 – 800” sərnişin təyyarəsi Trabzon hava limanına çathaçatda uçuş-enmə zolağından kənara çıxıb. Sərnişinləri və pilotları xəsarət almayan təyyarə Trabzonun Yorma əyalətində yerli bələdiyyəyə təslim edilib və demək olar, taleyin ümidinə buraxılıb.
İllər keçdikcə təyyarə oradaca qalıb və yavaş-yavaş çürümə prosesi başlayıb. Amma sonra həyat təyyarənin üzünə “gülməyə” başlayıb. Dost olan 2 sahibkar - Təməl Şükrü Yılmaz və Zəfər Cəlap təyyarə salonunu restorana döndürmək qərarına gəlib. Bu haqda danışan Əbdülqədir Bektaş deyib ki, bunun üçün çox zəhmət çəkib, əziyyətə qatlaşıblar. Təyyarənin pide salonuna döndərilməsi 1 il çəkib və 5 milyon lirəyə başa gəlib. Pide salonuna çevrilmiş təyyarəyə ərəb turistlərin marağı daha böyükdür. Ə.Bektaş “çox yaxşı sosial xidmət istifadəyə verə bildik. Burada ölkəmizə və dünyaya xidmət edirik, milli mətbəxin yeməklərini tanıdır, turistlərə təqdim edirik. Təyyarədə insanlara pide təqdim edəcəyik, deyə xəyallar qururduq.
Bu gün o xəyallar artıq gerçəkləşib” deyən Ə.Bektaş salonu masa və oturacaqlarla, fənərlərlə bəzədiklərini söyləyib. “İstəyirik, insanlarımız bura gəlsin, dincəlsinlər, yemək yesinlər, bu, onların yaddaşında gözəl bir xatirə kimi qalsın”. Ə.Bektaş deyib ki, təyyarə-restoranın yaxınlığında təndirxana var. Yeməklər orada hazırlanır. Təyyarə salonunda eyni anda 40-50 nəfərə xidmət göstərə bilirlər. Təyyarənin üzərinə “Terminal Pide” sözləri yazılıb. Təyyarə restoranda pideyə qonaq edilən ommanlı turist Əbdülhəmid Jamir Sait də buranı çox bəyəndiyini, yeməklərin də dadlı olduğunu deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, Hörmüz boğazının dərhal açılması demək deyil! - İran
01:10 12.10.2026
Region
ABŞ Ukraynanı silah tədarükünü dayandırmaqla hədələyib
23:59 11.10.2026
Aktual
Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi
23:45 11.10.2026
İdman
Moskvanın bütün aeroportları fəaliyyətini dayandırdı
23:03 11.10.2026
Region
Gəncədə ata 36 yaşlı oğlunu qətlə yetirməkdıə şübhəli bilinir
22:45 11.10.2026
Hadisə
Murad Boz Bakıya gəldi: Kimin toyunda iştirak edəcək?
21:47 11.10.2026
Şou
Polşada Baş naziri öldürməklə hədələyən şəxs saxlanılıb
21:30 11.10.2026
Dünya
İran: ABŞ-nin danışıqlar üçün cavabı yetərli deyil
20:54 11.10.2026
Gündəm
Roma Papası əməliyyat olunacaq
20:18 11.10.2026
Dünya
Tramp Rusiya ilə Ukrayna arasında atəşkəs elan etdi
19:42 11.10.2026
Son dəqiqə
Sabah bu ərazilərdə işıq olmayacaq
19:10 11.10.2026
Cəmiyyət
Pezeşkian: Düşmən bizi diz çökdürə bilməz
18:53 11.10.2026
Region
WSJ: Tramp-Zelenski münasibətləri yenidən gərginləşib
18:36 11.10.2026
Dünya
Sabahın havası bu insanlar üçün əlverişlidir
18:04 11.10.2026
Sağlamlıq