Türkiyədə inflyasiya səviyyəsi yüksəlib
11:17 04.09.2021
Relaks
746
Türkiyədə avqust ayında illik inflyasiya istehlak qiymətləri üzrə 19,25 %, istehsal qiymətləri üzrə isə 45,52 % təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsinin məlumatında bildirilib.
İstehlak qiymətləri indeksi avqustda aylıq ifadədə 1,12 %, istehsal qiymətləri indeksi isə 2,77 % artıb.
İstehlak qiymətləri indeksində illik ifadədə ən az artım alkoqollu içkilər və tütün məmulatlarında (1,79 %) olub. Sonrakı sırada isə kommunikasiya xidmətləri (4,79 %), geyim və ayaqqabı (7,47 %), təhsil haqları (10,75 %) gəlir. Ən yüksək artım isə qida və alkoqolsuz içkilərdə (29 %) müşahidə olunub. Sonrakı sırada isə ev əşyaları (22,91 %) nəqliyyat xidmətləri (21,76 %) yer alıb.
İstehlak qiymətləri indeksində aylıq ifadədə azalma göstərən sahələr geyim və ayaqqabı (3,08 %) və nəqliyyat xidmətləri (0,77 %) olub, alkoqollu içkilər və tütün məmulatları (0,18 %), səhiyyə (0,31 %) və təhsil (0,58 %) haqları üzrə ən az artım qeydə alınıb. Ən yüksək artım isə ardıcıl olaraq qida və alkoqolsuz içkilər (3,18 %), restoran və otel sahəsində (2,27 %) və ev əşyaları (1,38 %) üzrə yaşanıb.
İstehsal qiymətləri indeksində illik ifadədə ən az artım geyim əşyaları (10,77 %), dəri və əlaqədar məhsullar (12,73 %) üzrə olub. Ən yüksək artım isə əsas metallar (100 %-dən çox), koks və təmizlənmiş neft məhsulları (92,19 %), xam neft və təbii qaz (82,69 %) üzrə nəzərə çarpıb.
İstehsal qiymətləri indeksində aylıq olaraq koks və təmizlənmiş neft məhsulları (3,11 %), əsas əczaçılıq məhsulları və preparatları üzrə (0,14 %) azalma qeydə alınıb. Ən yüksək artım isə elektrik, qaz və buxar istehsalı (19,53 %), ağac və mantar istehsalı (mebel məhsulları istisna olmaqla) (6,61 %) və metal filizləri (5,54 %) üzrə müşahidə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq
08:08 28.04.2026
Cəmiyyət
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya