Tutuquşuya işgəncə verib öldürən “MasterChef'” oyunçusu... Yenə gündəmdədir!
Məlahət Rzayeva
10:28 11.05.2021
Relaks
723
“MasterChef'” oyunçusunun işgəncə verdiyi tutuquşunun ölməsi xəbəri sosial median silkələyib. Söhbət Türkiyənin məşhur və ən çox izləyici kütləsi toplayan “MasterChef'” yarışma proqramının bir müddət iştirakçısı olmuş Murad Özdəmirdə gedir.
Murad Özdəmir aqressiv davranışları, əsəbi halları, proqramın tələb və şərtlərinə, oyun qaydalarına, hətta münsiflər heyətinin xəbərdarlığına da məhəl qoymaması səbəbiylə yarışdan kənarlaşdırılmışdı. Murad Özdəmir yarışmadan kənarlaşdırıldıqdan sonra evdə saxladığı “Bəxtiyar” adı verilmiş tutuquşuya işgəncə verdiyi görüntüləri yayıldı. Həm də bu görüntüləri Murad özü yaymışdı.
Bu da sosial mediada uzun müddət gündəm oldu. Sherg.az “Sabah.com”a istinadən xəbər verir ki, M.Özdəmirin yaydığ video-görüntülərdə tutquşunun necə əzab çəkdiyi, sanki kömək diləyərək çığırtı qopardığı səhnələr izləyənlərin ürəyini dağlayırdı. Bu görüntülərdən sonar M.Özdəmir polis tərəfindən saxlanılmış və ədliyyəyə təslim edilmişdi. Dizi yerindən çıxmış, başında toxuma zədələnməsi olan tutuquşu isə xəstəxanaya aparılsa da, orada ölmüşdü. M.Özdəmir psixiatrik xəstəxanada bir müddət müalicə aldıqdan sonra “MasterChef'-in layihə rəhbəri Acun İlıcalıdan və heyvan haqları müdafiəçilərindən üzür dilədi. Acun İlıcalı isə sosial mediada bu sözləri paylaşmışdı: “Heyvanlara zülm edənləri lənətləyirəm. uca ədalətin insanlığın bu üz qaralarını gərəkən şəkildə mühakimə edəcəyinə ianıram”.
İndi isə Murad Özdəmirin yeni videolar paylaşır. Bişirdiyi yeməklərin fotolarını, bişirmə prosesinin videolarını sosial media üzərindən yayır. Və hazırkı görkəmi ilə yenə diqqət çəkir; 48 yaşlı aşbaz saçlarını xeyli uzadıb, saqqal saxlayır. Şəklini görənlər onu tanımaqda çətinlik çəkir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq