Velosipedlə 26 ölkəni gəzdilər
Yusif Nəzərli
22:18 12.05.2022
Relaks
1575
Yolu azan ailə Rusiyada həyatlarının sonunu yaşadılar
Türkiyəli Soner və İnci Sarıhan cütlüyü kiçik oğulları Tibet Çinarla dünyanı gəzir. Həm də velosipedlə! Ailə bugünədək 26 ölkədə qonaq olub. Rusiyada isə başlarına qəribə hadisə gəlib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, Sarıhan ailəsi şəhərdə yaşamağı “sürgün” hesab edənlərdəndir və təbiət qoynunda olmağı seçiblər. Sarıhan cütlüyü təbiətə, həmçinin ailə büdcələrinə də zərər verməmək üçün dünya turuna velosipedlə çıxmaq qərarına gəlib. 2005-ci ildə Aralıq dənizi sahillərinə, 2006-da Qara dəniz turuna çıxıblar. Beləcə gəzdikləri ölkələrin sayı da artmağa başlayıb. İran, Pakistan, Hindistanı gəzib, Avropaya üz tutublar: Almaniya, Niderland, Belçika, Fransa, İsveçrə, Avstriya, Çexiya, Slovakiya, Macarıstan, Xorvatiya, Bolqarıstan, Danimarka, İsveç, Finlandiya, Estoniya, Latviya, Litva, Polşa, İtaliya, İspaniya. Sarıhan ailəsinin İran və Pakistan səfərləri “Pedalımda 5 ölkə” adıyla yayımlanıb. Oğulları Tibet Çinar doğulduqdan sonra da cütlüyün dünya turu sevdası bitməyib, əksinə, kiçik oğullarını da yanlarına alaraq yollarına davam ediblər. Tibet Çinarın valideynlərindən ilk öyrəndiyi iş velosiped sürmək olsun gərək, çünki 3 yaşında velosiped sürməyə başlayıb. Bundan sonra ata-ana marşrutlarını oğullarının istəyilə təyin etməyə başlayıb. Sarıhan deyir ki, velosipedə hər yerdə xoş münasibət var: “Velosipedlə hərəkət etdiyimizə görə, bizi hər yerdə xoş qarşılayırlar. Velosipedli səyyaha hər kəs yardım edir. Evində qonaq saxlayır. Biz özümüz də Türkiyədəki mənzilimizdə indiyədək təqribən 100-ə yaxın velosipedçini qonaq etmişik. Sarıhan ailəsinin Rusiyada başına gələnlərsə çox ilgincdir. Ailə səyahət zamanı peyk naviqasiya sisteminin yardımından istifadə edir. Rusiya ərazisində olarkən naviqator qarşıda geniş bir ərazinin olduğunu göstərib. Sarıhan ailəsi bunu şəhər zənn edib. Düşünüblər ki, bu şəhərdə dincələ biləcəklər. Amma gözlənilməz halla qarşılaşıblar. Əraziyə yaxınlaşanda ətrafın tikanlı məftillərlə əhatələndiyini, əlində “Kalaşnikov” avtomatları tutmuş əsgərləri görüblər. Məlum olub ki, bura Sankt-Peterburqla Finlandiya sərhəddi arasında yerləşən Rusiya hərbi bazasıdır. Zabit bir qadın Sarıhan ailəsini bazanın ərazisinə dəvət edib. Sarıhan zabitə gecələmək üçün yer axtardıqlarını deyiblər, o da gecələmək üçün yaşlı bir qadının evini nişan verib. “Düşündük ki, səhər bazadan çıxmaq çətin olacaq, bizi yoxlayacaqlar. Amma belə olmadı, baryeri qaldırdılar və biz baza ərazisindən çıxdıq”, söyləyən Sarıhan növbəti səyahətlərinin Böyük Britaniyanın bir ucundan digərinə uzanan, təxminən 2 min kilometr təşkil edən məşhur "Land's End to John o' Groats” marşrutu üzrə hərəkət etməkdir. Yer kürəsinin nə qədər böyük və geniş olduğunu ancaq bu yolla anlamaq mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə