
Qadınların da narkotik maddələrin satışı ilə məşğul olması ölkənin çöküşü deməkdir -Psixoloq
Yusif Nəzərli
13:45 04.01.2025
Cəmiyyət
684
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən qadın saxlanılıb
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, 48 yaşlı İ.Hüseynzadədən 7 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib.
Saxlanılan şəxs qazanc əldə etmək üçün narkokuryerlik etdiyini bildirib.
Faktla bağlı Goranboy RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
Psixoloq Samirə Bağırova “Sherg.az”a bildirib ki, məsələ cinsiyyətdə deyil, mənəviyyatdadır:

“Narkotik maddələr məsələsində son zamanlar qadınların da əli olduğunu vurğulayırsınızsa, elə bu da mənəviyyat məsələsidir. Ədəb, əxlaq, tərbiyə, özünə hörmət, özgüvən bir sözlə kişini kişi, qadını qadın, ümumilikdə insanı insan edən keyfiyyətlər aşağı səviyyədə olduqda, istər qadın, istərsə də kişi hər yola əl ata bilir. Çünki mənəviyyatı zəif inkişaf edib, yaxud heç yoxdur. Gözəl deyim var “ adam utanmasa oynamağa, nə var ki “. Əgər ölkədə artıq qadınlar da narkotik maddələrin, həm satışı, həm istifadəsi ilə məşquldursa, bu cəmiyyətin, bir ölkənin çöküşü deməkdir. Çünki qadın hər zaman aparıcı və tərbiyəedici qüvvə olaraq, əsas rol oynayır. Təhsil güclənməli,mənəvi dəyərlər təbliğatları aparılmalıdır”.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm