
Kənan Hakimov: Qarşıdakı oyunlar Santuşun istədiyi komandanı formalaşdırması baxımından önəmlidir
12:00 13.03.2025
İdman
521
Bu gün Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun martın 22-də Haiti, 25-də isə Belarusla keçiriləcək yoldaşlıq oyunları ilə bağlı mətbuat konfransı təşkil olunub.
Təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
Baş məşqçi ilk dəfə yığmaya I Liqadan Şahin Şahniyarovu çağırması barədə suala cavabında oyunçuda bir çox keyfiyyət gördüyünü deyib: “Mən və məşqçilər korpusum tez-tez aşağı liqa oyunlarına baxırıq. Orda bir çox oyunçu var ki, diqqətimizi cəlb edib. Şahin da keyfiyyətli oyunçudur. Onu da dəvət etmişik ki, görək özünü necə göstərir”.
Santuş Emin Mahmudovun heyətə çağırılmamasını isə zədə ilə əlaqələndirib: “Təkcə Emin deyil, Abbas Hüseynov, Ceyhun Nuriyevi də vurğulaya bilərəm. Onlar fiziki cəhətdən yaxşı olmadıqları üçün deyil, zədəli olduqları üçün yığmaya dəvət edilməyiblər”.
Legioner limitinin ləğvi ilə bağlı fikirlərini bölüşən baş məşqçi bildirib ki, bu qərarın nəticəsini görmək üçün gözləmək lazımdır: “Komanda sayı da artırılıb. Bu qərarların nəticəsinin bizim üçün necə olacağını qarşıdakı aylarda görəcəyik”.
O, Ramazan ayı ilə əlaqədar futbolçulara oruc tutmasına icazə veriləcəyini də bildirib: “Bu normaldır. Buna hörmətlə yanaşıram. Belə məsələlərə diqqət etməliyik”.
Portuqaliyalı mütəxəssis aşağı liqadan əsas milliyə az oyunçu çağırılmasına da aydınlıq gətirib: “U-17 Liqasını və əvəzedicilərin də çempionatını izləmişəm. Bu, Azərbaycan millisidir. Birdən-birə aşağı liqadan çox futbolçu cəlb edə bilmərik. Təcrübəli futbolçular da gənclərə köməklik etməli və yardımçı olmalıdırlar. Yaşından asılı olmayaraq yığmanın qapıları hər bir azərbaycanlı futbolçuya açıqdır. Onlar özlərini göstərəndə dəvət alacaqlar”.
İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov "Sherg.az"a bildirib ki, Haiti və Belarusla yoldaşlıq oyunları üçün açıqlanan siyahıda yeni adların olması sevindirməyə bilməz:

“Milli komandanın baş məşqçisi Fernandu Santuşun 1-ci liqada çıxış edən futbolçunu komandaya dəvət etməsi digərləri üçün stimul rolunu oynaya bilər. Bundan əlavə gənc Xəyal Əliyev, Ağadadaş Salyanskinin də milli komandaya cəlb olunması bu ab-havanı hiss etməsi baxımından yaxşı addımdır. Limit məsələsinə gəlincə düşünürəm ki, limitin ləğvi həm də milli komanda üçün faydalıdır. Çünki artıq yerli çempionatda çıxış edən milli üzvü start 11-likdə yer almaq üçün daha çox çalışmalı olacaq. Yəni hər dəfə start heyətinə layiq olduğunu sübut etmək üçün məşqlərdə maksimum çalışacaq. Artıq ilk 11-likdə limitə görə mütləq oynamalıdır deyə şərt olmayacaq. Bir sözlə milli daha çox rəqabətə davamlı futbolçu qazancaq. Rəqabət olan yerdə isə inkişaf var. Bundan əlavə düşünürəm ki, legioner həyatı yaşayacaq futbolçularımızın da sayında artım müşahidə oluna bilər. Bundan isə qazanan ölkə futbolu və ilk növbədə milli komanda olacaq. Çünki inkişaf legioner həyatı yaşamaq mütləqdir. Davamlı olaraq yalnız ölkə çempionatında çıxış etməklə futbolçu kimi artırmaq qeyri-mümkündür. Qarşıdakı və iyunda keçiriləcək yoldaşlıq oyunları istədiyi komandanı formalaşdırmaq baxımından Santuş üçün çox önəmlidir. Santuş məşqçi kimi millilərdə böyük təcrübəyə malikdir. Portuqaliya ilə Avropa çempionu olub, Bir müddət Yunanıstan yığmasında işləyib. Məncə artıq futbolumuzu yaxşı tanıyır və yerli futbolçuların psixologiyasına daha yaxşı bələddir. Nəzərə alaq ki, hələ cari ilin oyununda Santuşun millimizdə 1 ili tamam olacaq. Ümid edirəm ki, qarşıdakı seçmə mərhələdə daha mübariz, döyüşkən və xarakeri olan komanda izləyəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı