Acqarına su içməyin min bir faydası var  – Həkim elə faktlar sadaladı ki...

Gündə bir neçə litr su içməyin sağlamlığa müsbət təsir göstərdiyi barədə çox danışılır. Araşdırmalara görə, gün ərzində 2 litrə yaxın su içmək insanın enerjisini artırdığını, arıqlamağa kömək etdiyini, hətta xərçəngin qarşısının aldığını deyirlər. İnsan bədəni əsasən sudan təşkil olunub. Əzələlərin 75, beynin 90, sümüklərin 22 və qanın 83 faizini su təşkil edir. 

Səhər yeməyindən əvvəl 1 və ya 2 stəkan su içmək toksitlərdən azad olmağa və bədənimizdən lazımsız maddələri atmağa kömək edir. Belə olduqda su bədəndə gedən maddələr mübadiləsini sürətləndirir və xəstəliklərdən qorunmağımıza imkan yaradır. Yuxuda olduğumuz müddətdə bədənimiz hüceyrələrimizi bərpa etmək və özünü yeniləmək üçün işləyir. Səhər ac qarnına su içməklə lazımsız maddələri idrar yolu ilə bədənimizdən ata bilərik.

 

Həkim-dietoloq Şəmsiyyə Namazlı “Sherg.az”a bildirib ki, acqarına su içmək alkoqol, tütün, çirkli hava və düzgün qidalanmamaq nəticəsində bədənimizə daxil olan zərərli maddələrin təsirini azaltmağa kömək edir:

“Su üzümüzün ən yaxşı dostlarından biridir. Acqarına su içmək üz dərimizin elastikliyini qorumağa köməkçi olur və erkən qırışların qarşısını alır. Səhər tezdən su içmək həyat orqanlarımızın su ehtiyacını qarşılayır və sağlam şəkildə işləməklərinə kömək edir”. 

Dietoloq qeyd edib ki, boş mədəyə 2-3 stəkan su içmək çəki atmağa yardım edir:

“Su bədəndəki yağ və kalorini yandırır, həmçinin aclıq hissini öldürür və artıq yeməyin qarşısını alır. Səhərlər su içmək limfa düyünləri və bağırsaqların sağlamlığını qoruyur.

Bununla kortizol dəyərlərimizi kontrol etməyimizə kömək edərək bizi infeksiyalardan qoruyur. Acqarına 1 stəkan ilıq su içmək günə enerji ilə başlamağın ən yaxşı yoludur. Səhərlər yuxululuğu və yorğunluğu aradan qaldırır.

Səhər yeməyindən əvvəl su içmək bağırsaqda hərəkətlənməni canlandıraraq qəbzliyin qarşısını almağa yardım edir. Qastrit və bu kimi problemlər olduqda su ən yaxşı köməkçimiz ola bilər.

Acqarına ən az 3 stəkan su içmək mədəmizdəki turşuluq səviyyəsini aşağı salır və qastritə səbəb olan spazmaların qarşısını alır”.