İngilis alimlər xəbərdarlıq edir

İnsanlarla daimi təmasda olan heyvanlar koronavirusa qarşı çox həssasdır

Londonda koronavirusla bağlı aparılan araşdırmanın nəticələri böyük narahatlığa səbəb olub. 
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin apardığı tədqiqat nəticəsində məlum olub ki, insanlarla təmasda olan 26 heyvan növü koronavirusa yoluxma riskini daha da artırır.

Bu heyvanlar "virus ehtiyatına" çevrilərək  kütləvi şəkildə insanlara ötürə bilər. Tədqiqatçılar koronavirusun yarasalar arasında başladığını və daha sonra qarışqayeyən heyvanlardan insanlara keçdiyini düşünürlər. Bununla yanaşı, aparılan araşdırma nəticəsində məlum olub ki, insanlarla mütəmadi təmasda olan heyvan növləri koronavirusa qarşı çox həssasdır. Koronavirus hüceyrələri zülallara ACE2 reseptorlarına bağlanması ilə daxil olur. Tədqiqat zamanı məlum olub ki, koronavirusa qoyun, şimpanze, qorilla, oranqutan və şimpanzelərdə də rast gəlmək mümkündür.