Təmizləyici vasitələr koronavirus riskini artırır


Toksik piylənmə xəstələrinin reanimasiyada yatma nisbəti daha çoxdur

Təmizləyici materiallar, o cümlədən diş dolğusu kimi bir çox məhsullar "COVİD-19" dövründə böyük risk qrupuna aid edilib.
 "Sherg.az" xarici mətbuatına istinadən xəbər verir ki, alimlər müəyyənləşdiriblər ki, xüsusilə təmizləyici vasitələrdən əmələ gələn zəhərli piylənmə insanlarda koronavirus riskini daha da artırır. Mütəxəssislər bildiriblər ki, toksik piylənmə xəstələrinin reanimasiyada yatma nisbəti daha çoxdur. Çünki onlarda ağciyər tutulmasına tez-tez rast gəlinir. İçməli su, konservli içkilər, qoltuqaltı dezodorantından diş pastasına kimi bütün təmizləyici materiallar, o cümlədən diş plomblarında olan alüminium və sink kimi ağır metallar insanlarda zəhərli piylənmə yaradır.
"COVİD-19" da toksik piylənmə olan şəxslərdə daha risklidir. Bu toksinlərin bədəndən məhv edilməsi isə çox vacibdir. Habelə, ağzımızda diş dolğusu sink sızmasına səbəb olur. Konservləşdirilmiş içkilərin tərkibində də çox şey var. Alimlər vurğulayıblar ki, kəpəyin qarşısını almaq üçün kəpək şampunundan içərisindəki sink birbaşa baş dərisinə nüfuz edir və kəpəkdən qurtulmağa çalışdığımız zaman baş dərisində mənfi təsirlərə səbəb olur. Buna görə də, hər şeydən əvvəl insanlarda sağlam bağırsaq divarının yaradılması lazımdır. Çünki o piylənməyə səbəb olacaq zəhərli maddələrin və ağır metalların daxil olmasının qarşısını alacaq.