Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin koordinatoru Rilvanu Məhəmməd sarı qızdırma səbəbiylə bir həftə içində 8 nəfərin öldüyünü açıqlayıb.
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bununla ölkədə sentyabr ayından bəri sarı qızdırmadan ölənlərin sayı 95-ə yüksəlib.
O, Məhəmməd epidemiyaya qarşı tədbir almağa başladıqlarını söyləyərək xalqı gigiyena və ekoloji təmizliyi qorumağa çağırıb.
Keçən il Nigeriyada sarı qızdırma epidemiyası səbəbindən 300-dən çox insan ölüb.Hökumət 2017-ci ildən bəri epidemiya ilə mübarizə aparır
Xəstəliyin simptomları arasında yüksək temperatur, baş ağrısı, əzələ ağrısı, ürək bulanması, halsızlıq və gözlərdə sarılıq var. Bu il 7 milyon insanın sarı qızdırma peyvəndi edilməsi planlaşdırılır. İndiyədək 2 milyon insan peyvənd olunub.