Rusiya Elmlər Akademiyasının akademiki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) direktoru Pyotr Qlıboçko koronavirusun gözlənilməz fəsadından danışıb.
TASS xəbər verir ki, həkim COVID-19-dan sağalan hər beş xəstədən birinin saç tökülməsindən şikayət etdiyini deyib.
Qalanları məlum fəsadlardır: yorğunluq, yuxu pozğunluğu, narahatlıq, nəfəs darlığı.
Mütəxəssis bildirib ki, yoluxanların 50-70 faizi qoxu və dadbilmə hissini itirir, sağaldıqdan sonra isə əksəriyyətdə bu hisslər bərpa olunur.