Saç tökülməsi bir çox insanın gündəlik həyatına mənfi təsir göstərən faktorlardan biridir. Məlumdur ki, tökülmə müxtəlif səbəblərdən baş verə bilər. Orqanizmdə immun sisteminin zəifləməsi, maddələr mübadiləsinin pozulması, hormonal pozğunluqlar, fendən çox istifadə etmək, düzgün qidalanmama və.s. Bu baxımdan ilk öncə problemin nədən qaynaqlandığını araşdırmaq lazımdır.
Saç tökülməsində nikotin turşusu effektiv təsirə malik vasitələrdən biridir. Bu vasitənin siqaretlərin tərkibində olan nikotinlə heç bir əlaqəsi yoxdur. Nikotin turşusu müxtəlif xəstəliklər və pozulmalar zamanı istifadə olunan bioloji aktiv maddədir.
Nikotin turşusunun maddələr mübadiləsini və qan dövranını yaxşılaşdırmaq, damarları genişləndirmək kimi faydalı xüsusiyyətləri var. Məhz bu xüsusiyyətlər onu saçlara baxım zamanı olduqca faydalı edir. Nikotin turşusu saçların uzanmasını sürətləndirir, saçları daha sağlam və qalın edir, tökülməni azaldır. Məhsuldan istifadə qaydası isə belədir:
1-2 ampul açılır, şprisin köməyi ilə bir qaba tökülür və barmaqlarla baş dərisinə çəkilir. Vasitəni təmiz baş dərisinə çəkmək lazımdır. Maskanı yumağa ehtiyac yoxdur.
Nikotin turşusunu həftədə 2 dəfə 1 ay ərzində istifadə etmək lazımdır. Daha sonra 1 ay fasilə verin və müalicəni təkrarlayın. Maskanı istifadə edəndə baş dərisində yüngül yandırma, qarışqaların yeriməyi hissi yarana bilər. Bu normaldır.