Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının mutasiya olunmuş versiyasının yayılması genişlənir.
Azərtac xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. Nazir bildirib ki, hazırda ölkənin 17 şəhərində 128 nəfərdə koronavirusun İngiltərədə aşkar edilən növü tapılıb.