Qadınlar kişilərdən daha çox xəstələnir: Türk professor siyahını açıqladı

Bayrama hazırlaşan, əks cinsdən səbirsizliklə təbrik gözləyən qadınlar.  Ağrılarını biruzə verməyən dözümlü qadınlar!  Bilsıniz, onlar nə qədər ağır xəstəlik  riski daşıyır. Qadınlar kişilərdən daha çox xəstələnir və daha böyük risk  altındadırlar. 

Qadınların kişilərdən daha çox yaxalandığı xəstəliklərin siyahısı  

Fərqli orqanlara və hormonlara sahib olmaları qadınlarla kişilərin səhhətində fərqli problemlərə yol açır.

Bu barədə türkiyəli həkim, qadın xəstəlikləri və doğum mütəxəssisi professor - doktor Erkut Attar açıqlama verib.

Həkim bildirib ki, qadın və kişi biologiyasının öyrənilməsi xəstəliklər zamanı onlara fərqli müalicə metodlarının tətbiqi üçün böyük əhəmiyyət daşıyır.

Elə xəstəlirlər var ki, qadınlarda daha çox rast gəlinir. Hətta qadın və kişilərin üzləşdiyi ortaq xəstəliklər var ki, bu zaman yenə də qadınlar ağır təsirlərə daha çox mərz qalır. Burada əsas səbəblərdən biri məhz qadınlara xas hamiləlik dövrüdür. Hamiləlik qadın orqanizmini zəiflədən əsas amildir. Doktor kişilərə nisbətən qadınlarda daha çox rast gəlinən xəstəlirlərı sıralayıb. 

Sümük əriməsi

Osteoporoz - sümük əriməsi – kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Sümük əriməsi riski üçün qadın olmaq yetərlidir. Bunun əsasında qadınların sümük kütləsi ağırlığının kişilərə nisbətdə daha aşağı olmasıdır. Üstəlik, qadınlarda menopoz dönəmində  yumurtalıqlarda estrogen hormonu istehsalı azalır. Bu da sümük əriməsi – sümük itkisinə səbəb olur. Yəni, qadınlar osteoporoz üçün yüksək risk qrupuna daxildirlər. 

Ürək-damar xəstəlikləri 

Qadınlarda menopoz dönəminin başlanması ilə ortaya çıxan sağlıq problemlərindən ən böyüyü həm də ürək-damar xəstəlikləridir.  Qadınlarda qəlb krizinin əlamətləri kişilərdən fərqli ola blər. İnsan ölümləri səbəbləri sırasında ilk yerdə məhz ürək-damar  xəstəliklərinin dayandığını deyən E.Attar həm kişi, həm də qadınlarda ən geniş yayılmış əlamətin köks ağrısı olduğunu bildirib. Lakin aparılan araşdırmalar nəticəsində qadınlarda qəlb krizi əlamətlərinin kişilərdəkindən fərqli formada özünü göstərdiyi də müəyyən edilib. Qadınlar qəlb krizinin əlaməti ən azı 1 ay əvvəldən özünü  biruzə verir. Yuxu pozğunluğu, hədsiz yorğunluq, baş gicəllənməsi, nəfəs darlığı, kürək və çiyin bölgəsində ağrılar qadınlarda qəlb krizi əlamətləri sırasında yer alır. Menopoz dönəmində də qadınlarda qəlb krizi riski artır. Bu zaman şiddətli köks ağrısı,  bir də ya hər iki qola eyni vaxtda yaılan ağrı, ürəyin sürətlə döyünməsi və nəbz ritminin pozğunluğu, mədədə ağrı və ya rahatsızlıq, həmçinin tərləmə qəlb krizinin əlamətləri sayılır.   

Depressiya 

Qadınlarda depressiya riski də kişilərlə müqayisədə 2 dəfə çoxdur.  E.Attar qeyd edib ki, ÜST araşdırmasına  görə ruh sağlığında da hansı cinsə mənsubluq önəmlidir. Qadınların aylıq adət günlərində yaşadıqları gərginlik və depressiv pozuntularda hormonal faktorlar böyük rol oynayır. Qadınlarda xüsusilə endometriozis (şokolad kisti) səbəbiylə ortaya çıxan xroniki ağrılar da deprssiya və yuxu pozuntusu yaradır. 

Sidik yolu infeksiyaları 

Qadınlarda sidik yolları infeksiyaları da kişilərə nisbətən daha geniş yayılıb. Qadınların təxminən 40 faizinin həyatları boyunca ən azı bir dəfə sidik yolu infeksiyası xəstəliyi keçirdiyini söyləyən E.Attar kişilərdə bu göstəricinin 12 faiz olduğunu bildirib.  Bu da qadın orqanlarının fərqli quruluşa malik olması ilə izah edilir.  Və yenə də qadınlara xas menopoz dövrü. Məhz bu dövrdə olan qadınlar sidik yolları ifeksiyaları, sidik axarı xəstəliklərinə daha tez-tez yoluxurlar.   

Daha bitmədi! Oynaq ağrıları 

Qadınlar da, xüsusilə 50-60 yaşarası, kişilərlə müqayisədə oynaq ağrılarına da daha çox rast gəlinir. Artritin ən geniş yayılmış növü lan osteoartrit – oynaqların kirəclənməsi, oynaqların “yeyilməsi” də qadınlarda kişilərə nisbətən 3,5 dəfə çoxdur. Buna səbəb hormonlardakı dəyişiklik,  əzələ-skelet sistemindəki fərqliliklər və qadınların kişilərlə müqayisədə çəkialma səviyyəsinin yüksək olmasıdır.    

Döş və yumurtalıq xərcəngi 

Qadınların həyatına ən böyük təhlükə bir də döş, yumurtalıq, uşaqlıq boynunun xərçəngidir. Menopoz dönəmində qadınların xərçəngə yaxalanma risqi iki qat artır. Burada səbəb kimi dezgün keçməyən hamiləlik, hamiləliyin tez-tez pozulması, süni şəkildə dayandırılması və yaşa bağlı hormonal dəyişikliklərdir.