“Xanım Günü” olaraq da bilinən Xin Zhui adlı qadın qədim Çində Qərbi Xan sülaləsinin hakimiyyəti dövründə yaşayıb.
“Sherg.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadının türbəsi ölümündən 2000 il sonra bir çox qiymətli əsərlə birlikdə Çində Mavanqdui adlı bir təpədə tapılıb. İnsanları heyrətləndirən isə ölümündən min illər sonra bədəninin olduqca yaxşı qorunması idi.
“Xanım Günü” bütün orqanları bütöv və qan damarları toxunulmaz halda aşkarlanıb. Hətta damarlarında az miqdarda A tipli qan da tapılıb. Saçları və kirpikləri də olduğu kimi yerində imiş.
Alimlər qadının mədəsində qovun toxumu tapıblar və yazda bostan mövsümü nəticəsində öldüyünə qərar veriblər. Həm də qovun yedikdən bir neçə saat sonra öldüyünü söyləyiblər.
Elm adamları Çinli qadının cəsədinin 2000 il ərzində necə qaldığını anlaya bilməyiblər. Daha doğrusu bədənində bir mayenin qalıqlarına rastlasalar da, tərkibinin nədən ibarət olduğunu tapmayıblar.