Peyvəndlənmədən sonra yoluxma riski: “Vaksin böyük müdafiə sistemi deyil”

Son vaxtlar koronavirus əleyhinə peyvəndlə bağlı şübhələr yaranmaqdadır. Belə ki, artıq vaksin olunanlar da yenidən COVİD-19-a yoluxurlar.
Məsələn, Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseyn bir müddət əvvəl peyvənd olunmağına rəğmən, virusdan yan keçə bilməyib. Yaxşı, əgər belədirsə, daha vaksin nəyə lazımdır? Dünya alimləri aylardır elə bunun üçün çalışırdılar?..




Həkim Zəlimxan Məmmədli paradoksal durumla bağlı fikirlərini “Sherg.az”a bildirdi. O, belə halları normal hesab edir: 

“Peyvənd orqanizmdə xəstəliyin gizli, belə demək mümkünsə, “sakit” formasını yaradır.  Beləliklə, antitellər əmələ gəlir. Ümumiyyətlə, vaksini böyük müdafiə sistemi kimi qəbul etmək yanlışdır. Yəni belə hallar da ola bilər və tam təbiidir”.