İsti su içməyin 9 faydası

Suyun insan həyatında əvəzsiz rolu və sağlamlıq üçün nə dərəcədə önəmli olduğu hamıya məlumdur.
Ancaq suyu isti halda içmək soyuq içməkdən daha çox fayda verir. Soyuq əvəzinə suyu isti və ya ilıq içərək bədəninizi daha mükəmməl hala gətirə bilərsiniz. “Sherg.az” “Trthaber.com”a istinadən isti suyun faydalarını açıqlayır:

1.Çəki itirmə

Bir neçə artıq kilonuzun olduğunuzu  düşünürsünüzsə, metabolizminizi sağlam bir şəkildə mühafizə etmək üçün isti suyun sizə inanılmaz yardımı olacaq. Bunun üçün günə içinə biraz limon sıxılmış isti su içərək başlayın.

2. Burun və boğazın təmizlənməsi

İsti su içmək soyuqlama, öskürək və boğaz ağrısı üçün mükəmməl təbii vasitəsir. Bəlğəmi aradan qaldırır və bədəndən kənar olmasını təmin edir.

3. Menstruasiya sancıları

İsti su menstruasiya sancılarının azaldılmasına müsbət təsir göstərir. Suyun temperaturunun qarın əzələləri üzərində sakitləşdirici və rahatladıcı təsiri vardır ki, bu da nəticədə yığılma və spazmların azalmasında effektivdir.

4. Detoks

İsti su detoks prosesində inanılmaz köməkçidir. İsti su içdiyiniz zaman bədən temperaturunuz yüksəlməyə başlayır ki, bu da tərləmənizə səbəb olur. Bu, arzu olunan haldır, çünki toksinlərin bədənimizdən kənarlaşmasına yardımçı olur. Ən effektiv nəticə əldə etmək üçün isə içmədən əvvəl suya biraz limon sıxın.

5. Erkən yaşlanmanın qarşısını almaq

Toksinləri bədəninizdən kənarlaşdırmaq istəməyinizin bir səbəbi də var: toksinlər sizi daha sürətli yaşlandırır.

6. Civzələr və qara nöqtələrin qarşısının alınması

İsti su bədəninizi dərindən təmizləyir və civzələrin yaranmasının əsas səbəblərini aradan qaldırır.

7. Sağlam və canlı saçlar

İsti su içmək həmçinin yumşaq və parlaq saçlara sahib olmaq üçün ən ideal vasitələrdəndir. Saç köklərindəki sinir uclarına enerji verir və bunları aktiv hala gətirir. Bu, saçlarınızın təbii canlılığının geri qazanılmasında və sağlam görünməsində olduqca təsirlidir.

8. Daha çox saç

İsti su içərək saç köklərinə təsir etmənin bir başqa müsbət təsiri də saçlarınızın çoxalması və daha sağlam uzanmasıdır.

9. Kəpəyin yaranmasının qarşısının alınması

İsti su saç dərinizi nəmləndirəcəyi üçün dərinin qurumasının və kəpəyin yaranmasının qarşısını alır.