Azərbaycanda 453 min nəfər vaksinasiya olunub

Ötən gün Azərbaycan Respublikasında 5 942 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Sherg.az "koronavirusinfo.az" saytına istinadla xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə 453 586 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam edir.