Evdə olduğunuz zaman səhhətinizdə öskürək, qaşınma, mədə narahatlığı kimi problemlər varsa və evdən çıxarkən bunlar aradan qalxırsa deməli evdə qalmaq sizi xəstə edir.
Axşam.az xarici KİV-ə istinadən bildirir ki, evin xəstə etdiyi insanlarda bu simptomlar müşahidə edilir:
-allergiya və tənəffüs çətinliyi
-mədə narahatlığı, əzələ ağrısı və yorğunluq
-qıcıqlanma və ya depressiya
-xroniki baş ağrıları
Evin xəstələnməyinizə səbəb ola biləcəyi ümumi səbəblər isə bunlardır:
1.Rütubət
Bu səbəblərdən birincisi evdəki rütubətdir. Yüksək rütubət səhəhətinizə mənfi təsir edir və siz xəstələndirir. Evdə həddindən artıq nəm, böcəklərin çoxalmasına da səbəb olur. Buna görə də pəncərələri tez-tez açın və otaqları havalandırın.
2.Toz
Xəstələnməyinizə səbəb ola biləcək maddələrdən biri də tozdur. Ondan qaçmaq mümkün deyil, lakin minimuma endirmək olar. Bunun üçün evinizi tez-tez süpürün və təmiz saxlayın.
3.Kondisionerdən həddindən artıq istifadə
Son illərdə evi təravətləndirməyin ən yaxşı yolu kondisionerlərdən istifadədir. Lakin uzun müddət pəncərələri açmamaq və yalnız kondisionerlər çalışdırmaq, bəzi zərərli bakteriaları evdə saxlayır. Kondisionerdən və ya hər hansı bir havalandırma sistemindən istifadə etsəniz də, evə ən asan, lakin təsirli bir şəkildə hava buraxmaq üçün pəncərələri açın.