Körpə yaşdan qız uşaqlarını gündəlik gigiyena təmizləməsi zamanı istənilən sabundan istifadə etməklə yumaq olmaz.
Milli.Az xəbər verir ki, pediatr Tərlan Eyyubov valideynlərə vacib informasiya çatdırıb. O, anaları körpələrdə intim nahiyənin hər gün sabun və ya gellərlə yuyulmasından çəkinməyə çağırıb.
"Kiçik yaşlı qız uşaqlarında tez-tez sabundan istifadə onların cinsiyyət üzvlərində sinexiyaların yaranmasına səbəb olur. Uşaqları həftədə 2 dəfədən tez olmayaraq sabunla yumaq olmaz.
Sinexiya qız uşaqlarında cinsiyyət dodaqlarında bitişiklərin və anomaliyanın yaranmasıdır. Bu zaman assimmetriya yaranır.