Bir müddətdir ki, orta məktəblərdə ənənəvi tədrisə keçilsə də, son günlər proses qapanmya doğru gedir. Bir həftə ərzində yoluxma sayında artım müşahidə edildiyi üçün üç-dörd məktəbin yenidən distant təhsilə keçmə xəbəri ilə rastlaşırıq. Təbii ki, məktəblərdə əyani tədrisin bərpa olunması təhsil baxımından əhəmiyyət daşıyır. Lakin bir şagird virus daşıyıcısı olarsa, valideynlərinin sağlamlığını da təhlükəyə atmış olur. Deməli, sağlamlıq formulu ilə təhsil üz-üzə qalır... Nəzərə almaq lazımdır ki, “kabuslu” sərt karantin dönəminə qayıtmaq ehtimalı var. Məsələ ilə bağlı həkim-pulmonoloq Günay Əliyeva "Sherg.az"a danışıb:
"Əvəllər uşaqlarda yoluxma halı müşahidə edilmədiyini düşünürdülər. Sonradan məlum oldu ki, uşaqlar da virusa yoluxa bilər. Yoluxmanın artmasını sadəcə məktəblərin açılması ilə izah etmək olmaz. Məktəblərin yenidən bağlanma səbəbi sadəcə uşaqların deyil, müəllimlərin də yoluxması ilə əlaqədardır. Yoluxma halı artsa, qapanma qaçılmazdır. Hazırda nəyisə bağlayıb-açmaq qərarını müvafiq orqanlar verir. Biz müalicə həkimlərinin rolu yoxdur".