Avropada koronavirusun üçüncü dalğası yayılır. Artıq bir neçə ölkədə üçüncü dalğanın başladığı söylənilib. Xüsusilə də Almaniya və İtaliya kimi ölkələrdə yenidən karantin qaydaları sərtləşdirib.
Bəs Azərbaycanda COVİD-lə bağlı vəziyyət necə olacaq?
“Sherg.az”la həmsöhbət olan infeksionist-hepatoloq Sakit Hümbətov üçüncü dalğanın olmadığını söyləyib:
“COVİD-in yalnız bir dalğası var. Onun da qarşısının alınması məqsədilə tədbirlər görülür. Qaydalara riayət olunmayanda da, yoluxanların sayı çoxalır. Bu qədər”.