Yemişan çayının möcüzəvi faydaları

Payızda ürək üçün ən faydalı giləmeyvələrdən biri olan yemişan yetişir. Yemişan qədim zamanlardan ürək xəstəliklərinin müalicəsində istifadə olunur. Müasir tibb də yemişanın bu xüsusiyyətlərini təsdiq edir. Yemişan xoş qoxusu və asan içilməsi ilə mövsümi fəsillərdə çox istifadə olunur.

“Sherg.az” “Sabah.com”a istinadən yemişan çayının digər faydalarını da diqqətə çatdırır:

1.Depressiyanın qarşısını alır. Stres üçün yaxşıdır.

2.Zehni problemləri aradan qaldırır.

3.Sinir hüceyrələrini sakitləşdirir.

4.İmmunitet sistemini tənzimləyir.

5.Həzmi yaxşılaşdırır.

6.C vitamini ilə zəngindir.

7.Ağız qoxusunun qarşısını alır.

8.Tüpürcəkdəki infeksiyaları təmizləyir.

9.Ürək-damar sistemi üçün faydalıdır.

10.Kalium mənbəyidir.

Yemişan çayının hazırlanma qaydası:

1 çay qaşığı qurudulmuş yemişana 2 stəkan su əlavə edib 10 dəqiqə qaynadın. Gündə ən çox 3 stəkan içmək olar.