Sağlam övlada sahib olmaq hər bir ananın arzusudur. Körpənin inkişafındakı ən vacib faktorlardan biri isə hamiləlik dövründə normal və düzgün qidalanmadır. Bu səbəbdən də mütəxəssislər hamiləlik zamanı müəyyən içki və qidalardan imtina etməyi tövsiyyə edirlər.
Axşam.az xarici mətbuata istinadən, hamiləlikdə qəbul edilən və təhlükə yaradan qidaları o cümlədən içkiləri təqdim edir:
1.Tərkibində şəkər olan qidalar istehlak edilməməlidir
Tort, pirojna, şirniyyatlar, o cümlədən “fastfood” qidalarından çox istifadə edilməməsi məsləhət görülür. Çünki bunların qəbulu sürətli çəki artımına səbəb olur. Artıq çəki isə hamiləliyi risk altına atır. Çips və bu növ qidalardan da imtina edilməlidir. Bunun əvəzinə evdə hazırladığınız qarğıdalı partlaması, fındıq, qoz və badamdan istifadə edə bilərsiniz.
2.Siqaretə son qoyulmalıdır
Bəzi pəhrizli qidalarda spirtli maddələr olur. Buna görə də mütəxəssislər siqaret və spirtdən istifadəni tamamilə aradan qaldırmağı tövsiyyə edir. Hamiləlikdə alkoqol və siqaret istifadəsi körpədə ciddi sağlamlıq problemlərinə səbəb olan FAS sindromuna (anadangəlmə qüsur) gətirib çıxarır.
3.Tam bişməmiş qidaların qəbulu tövsiyyə edilmir
Çiy köftələr və çiy ət kimi qidalar, parazit və infeksiya mənbəyi ola biləcəyi üçün istehlak edilməməlidir. Kolbasa və sosiska da belə qidalar kateqoriyasına daxildir.
4.Konservləşdirilmiş və az bişmiş dəniz məhsullarından imtina edilməlidir
Belə növ qidaların ağır metal tərkibi yüksək ola bilir. Buna görə də hamiləlik dövründə onların qəbulu tövsiyyə edilmir.
5.Bəzi bitki çayları qəbul edilməlidir
Mütəxəssilər hamiləlikdə bəzi bitki çaylarından istifadəni tövsiyyə edir. Məsələn, yaşıl çay həm kofein, həm də qan durulaşdırığı üçün hamiləlik dövründə çəkinilməsi lazım olan çay növüdür. Bunun əvəzinə cökə, itburnu və alma kimi meyvə çaylarına üstünlük verilməlidir. Çay və qəhvə istehlakı, kofein miqdarı səbəbindən maksimum məhdudlaşdırılmalıdır.