Sabahdan deputatların vaksinasiyasının ikinci mərhələsi başlayacaq


Sabahdan Milli Məclis deputatlarının koronavirusa (COVİD-19) qarşı vaksinasiyasının ikinci mərhələsi başlayacaq. 

APA-nın məlumatına görə, peyvəndin ikinci dozası birinci dozadan 28 gün keçdikdən sonra vurulmalıdır. 

Qeyd edək ki, fevralın 22-dən Milli Məclis deputatlarına peyvəndin birinci dozasının vurulmasına başlanılıb.