Qidalarla orqanizmi bəsləyirik. Əlbəttə ki, keyfiyyətli, orqanizmə hansısa şəkildə zərər verməyəcək qidalardan söhbət gedir. Bəzi qidalar zahirən və dad baxımından cəlbedici olsa da, orqanizmə ziyanları daha çoxdur, nəinki xeyiri.
Zərərli qidaların qəbulu həzm prosesini pozur və getdikcə mədəni sıradan çıxarır, mədə, bağırsaq xərçəngi kimi ağır xəstəliklərə səbəb olur. Mədədə qıcıqlanma, “mədə yanması”, bağrsaq problemi kimi başlayan xəstəliklər təəssüf ki, qarşısı alınmadığında insan həyatına son qoymaqla bitir. Milliyyet.com uzaq durmalı olduğumuz qidaları açıqlayıb.
Rafinə edilmiş karbohidratlar
Bunlar hamımıza tanış çipslər, ağ çörəyin hazırlanmasında geniş istifadə edilən karbohidratlardır. Bu qidalar köpməyə, mədədə spazmlara, bağırsaqda hava əmələ gəlməsinə səbəb olur. Fərqində olmadığımız şey, bu qidalardan qaynaqlanan bağırsaq iltihabıdır. Çünki bağırsaqdakı zərərli mikroblar şəkərli qidaları sevir. Nəticədə bu mikroblar artaraq xeyirli mikrobları üstələyir. Yəni, mədənin təbii mikroflorasında mənfi dəyişiklillər əmələ gəlir. Xeirli mikrobların orqanizmə yararsız hala düşməsi bağırsaq iltihabı ilə sonuclanır. Beləliklə normal bağırsaq sistemi getdikcə narahat hala gəlir və xəstəliklər üçün zəmin yaranmış olur.
Hazır şorbalar, işlənmiş ət və sodiumla zəngin digər qidalar
Hazır şorbada təxminən 700 milliqramdan, vetçina və ya salyamili bir sendviçdə isə 1.117 milliqraman artıq sodium var. Mütəxəssislər “duzlu qidalar mədəyə zərər verir, mədə xorası, hətta mədə xərçəngi risqini artırır” xəbərdarlığını edir. Bu qidalardan uzaq durun.
Az yağlı qatıq
Bəzi insanlar süd məhsulları qəbul edərkən mədə-bağırsaq problemi yaşayır. Lakin çox az adam bilir ki, bəzi süd məhsullarında şəkərin miqdarı həddindən artıqdır, mədəyə rahatsızlıq verən də məhz budur. Məsələn, üzərində yağlılığı az faizlə göstərilmiş qatığa nümunə kimi baxaq; 6 çay qaşığı az yağlı qatıq tərkibində 24 qramdan artıq şəkər daşıyır. Sağlam bir atışdırmalıq üçün bu, çox yüksək faizdir. Artıq miqdarda şəkər qarın bölgəsində şişkinlik, qəbizlik, bağırsaq problemi və ishala yol aça bilər. “International Journal of Molecular Sciences'də bu haqda material dərc olunub. Jurnalın yazdığına görə, artıq miqdarda şəkərin səbəb olacağı xəstəliklər sırasında iltuhablı bağırsaq sindromu, şişmanlı və xərçəng yer alır.
Ədviyyatlı qidalar
Araşdırmalara görə, gənclər və qadınlar ədviyyatlı qidalara qarşı daha həssadır. Və bu səbəbdən də mədədə problemlər ortaya çıxır.
5 Qızardılmış qidalar, portağal suyu, qəhvə və spirtli içkilər
Qastroenteroloqlara görə, mədəni rahatsız edən qidaların siyahısı uzun və müxtəlifdir. Bəzi qidalarsa bu mövzuda daha çox “şöhrət” qazanıb. Bu qidaların başında qəhvə gəlir. Qəhvə tərkibindəki kofein “sayəsində” mədənin “evini yıxır”. Mədə divarını zədələyir. İlk baxışda məsum görünən və çox dadlı olan portağal və pomidor şirəsi də mədə divarının düşmənidir. Qızardılmış və yağlı qidalar, qazlı sular, şokolad və spirtli içkilər də mədəyə zərər verən qidalar sırasındadır. Kartof qızartması da mədədə turşuluğu artırır və qıcıqlanmanı sürətləndirir.
Süni dadlandırıcılar, enerji içkiləri, çoxumuzun ofisdə, iş yerində əlinin altında saxladığı şəkərli taxıllar – qarğıdalı, yulaf qarışıqlı hazır və şirin atışdırmalıq qidalar bağırsağın işini pozan, mədəni rahatsız edən və müxtəlif xəstəkilərə yol açan qidalardır.