Koronavirus peyvəndi Pfizer/BioNTech-lə bağlı şərtlər açıqlanıb. Bu peyvəndi könüllü olaraq vurdurmağa qərar vermiş insanlara birinci dozadan sonra ikinci doza yalnız 4 həftə aralıqla vurulmalıdır.
"Sherg.az" "Milliyyet.com"a istinadən xəbər verir ki, şərtlərdə peyvəndin 2-ci dozasının vurulmayacağı insanlarla bağı da məlumat verilir. Kimlərə 2-ci doza vurulmamalıdır? Məlumdur ki, Türkiyə adıçəkilən peyvəndin 2,8 milyon dozasını ölkəyə gətirib. Türkiyə Səhiyyə Nazirliyi də peyvəndin tətbiqi qaydaları ilə bağlı təlimat açıqlayıb.
Nazirlik bu günlərdə tətbiqinə başlanılan mRNA peyvəndinin enyektorsuz vurulacağını elan edib. Təlimatda qeyd edilir ki, peyvəndin ilk dozasından sonra alergik reaksiya müşahidə edilən insanlara ikinci doza vurulmayacaq. Təəssüf ki, dünya üzrə Pfizer-BioNTech peyvəndinin tətbiqi zamanı allergik reaksiyalar qeydə alınıb.
O cümlədər hərarəti 38 dərəcə və daha yüksək olanlarda, diaqnozu təsdiqlənməmiş xəstəliklər, xroniki xəstəliklərin aktiv fazası zamanı peyvəndlənmə təxirə salınmalıdır.
Təlimatda qeyd olunur ki, peyvənd aktiv koronavirus xəstələrinə, 180 gün içərisində COVİD-19 xəstəliyi keçirmiş şəxslərə, peyvəndləmə zamanı təyin ediləndən 10 gün əvvəl COVİD-19 daşıyıcısı ilə təmasda olmuş şəxslərə vurulmayacaq. Həmçinin peyvəndin tərkibindəki hər hansı maddəyə qarşı allergiyası olanlar da peyvəndlənməyəcək. Çünki allergik şok verə bilir.
Ege Universitetinin uşaq yoluxucu xəstəlikləri üzrə professoru, doktor Zəfər Kurugöl COVİD-19 xəstəliyini yüngül keçrmiş şəxslərə 4 aydan sonra peyvənd vurulmalı olduğunu bildirib.
Professor bildirib ki, ağır xəstələrdə antitellər daha qalıcı və uzun müddətli təsirə malikdir, nəinki xəstəliyi yüngül formada keçirmiş şəxslərin orqanizmində əmələ gəlmiş antitellər.
Z.Kurugöl “ kimsə “mən artıq yoluxub sağalmışam”, deyib, xəstəliyi görməzdən gəlməsin. Yoluxub sağalanlar təkrar yoluxa bilir”, söyləyərək vətəndaşları ehtyatlı olmağa çağırıb.