Kolumbiyanın Tunja şəhərində 104 yaşlı Carmen Hernandez adlı qadın koronavirusu 2-ci dəfə məğlub etməyi bacardı. "COVİD-19u ikinci dəfə məğlub edən ən yaşlı kolumbiyalı" adına sahib olan Hernandez 21 gün yatdığı xəstəxanadan çıxıb.
"Sherg.az" türk mediasına istinadən xəbər verir ki, yaşlı qadın xəstəxanadakı həkim və tibb bacılarının alqışları ilə evə yola salınıb.
COVİD-19-u ilk dəfə 2020-ci ilin iyununda məğlub etməyi bacaran Hernandez, bu ilin mart ayında 2-ci dəfə ikinci dəfə virusa yaxalanıb.
Hal-hazırda əlil arabasında yaşayan və daha çox maye qəbul edən Hernandez 25 il əvvəl xərçəng xəstəliyini də məğlub edib.