Türkiyəli mütəxəssislər bəzi aktiv maddələrlə hazırlanan qarqaraların COVİD-19-un qarşısını aldığını açıqlayıb.
Axar.az Moderator.az-a istinadən xəbər verir ki, mütəxəssislər apardıqları klinik çalışmalar haqqında danışarkən, "Hər dəfə evdə gəldiyimiz zaman əlimizi, üzümüzü necə yuyuruqsa, bunlarla yanaşı qarqara da etsək, virusun ağciyərə enişinin qarşısını ala bilərik", - şəklində açıqlama verib.
Qarqaraların koronavirusa qarşı qoruyucu xüsusiyyətinin olduğuna diqqət çəkən elm adamları bəzi aktiv maddələrdən hazırlanan qarqaraların koronavirusun qarşısını 99,1 faiz nisbətində aldığına dair bir neçə klinik çalışmalar olduğunu söyləyib.