Finlandiyalı alimlər bu ilin sonuna qədər koronavirus əleyhinə yeni vaksinin hazrılanmasını yekunlaşdıra bilər.
Axar.az xəbər verir ki, bu barədə Helsinki Universitetinin professoru, layihənin müəlliflərindən biri Kalle Saksela bildirib.
O qeyd edib ki, bu vaksin digərlərindən fərqli olaraq burun spreyi formasında olacaq:
"Bu vaksinin sprey formasında olması onunla əlaqədardır ki, virus insan orqanizminə əsasən nəfəs yolları ilə daxil olur. Vaksin selikli qişanın müdafiəsini təmin etməklə yanaşı, həm də orqanizmin ümumi immunitetini gücləndirəcək.
Hazırda vaksinin heyvanlar üzərində sınaqları bitmək üzrədir. Preparatın könüllülər üzərində sınaqlarının birinci mərhələsinin yayda başlaması planlaşdırılır".