Gündəlik həyat vərdişlərimizdə köklü dəyişikliklərə səbəb olan pandemiya qida rasionumuza da təsir etdi.
Türkiyənin pəhriz mütəxəssisi Elif Gizem pandemiya zamanı xüsusilə tərkibində yağ və şəkər çox olan qidalara meyl artdığını söyləyib. Nəticədə belə qidaların qəbulu beyinə mənfi təsir edərək yaddaşı azaldır.
"Sherg.az" "Milliyet.com"a istinadən E.Gizemin yaddaşı gücləndirmək üçün təklif etdiyi qidaları açıqlayır:
1.Şirnilər bacardığınız qədər uzaq durun. Əvəzində kişmiş, meyvə quruları kimi təbii qidalara üstünlük verin.
2.Həftədə 2 gün yağlı balıq yeyin
3.Gündəlik qidalanmanıza zərdəçal əlavə edin
4.Qoz-fındıq, badam, yer fıstığı yeyin
5.Spirtli içkidən uzaq durun
6.Hər gün 1 yumurta yeyin
7.Şokolad seçiminiz qara olsun
8.Lifli qidaları daha çox yeyin