Azərbaycanda bu günədək koronadan 4 342 nəfər vəfat edib

Azərbaycanda indiyədək ümumilikdə 311 465 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, onlardan 276 934 nəfər müalicə olunaraq sağalıb, 4 342 nəfər vəfat edib, aktiv xəstə sayı 30 189 nəfərdir.