Yaponiyada fəaliyyət göstərən Amerika Birləşmiş Ştatlarına məxsus şirkətin koronavirusa qarşı hazırladığı dərmanın istifadəsinə icazə verilib.
Axşam.az xəbər verir ki, bu haqda Kyoto xəbər agentliyi məlumat yayıb. "Baricitinib" adlanan dərmanın yeni növ koronavirusa qarşı effektiv təsir yaradacağı bildirilib.
Onu da qeyd edək ki, Yaponya hökuməti bundan əvvəl Covid-19-a qarşı yaradılan "Remdesivir" və "Steroid dexamethasone" adlı dərmanların istifadsini də rəsmi olaraq təsdiqləyib.