10 aydan sonra ilk dəfə İsraildə koronavirusdan ölən olmadı

Covid-19 pandemiyası ilə mübarizədə uğurlu vaksinasiya prossesi həyata keçirən ölkələrdən biri də İsraildir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün ölkədə bir ilk yaşanıb. Belə ki, pandemiyanın hökm sürdyü vaxtdan indiyə qədər ilk dəfə ölkədə ölüm faktı qeydə alınmayıb.

Ümumilikdə isə bu günə qədər 6 min 346 İsrail vətəndaşı Covid-19-dan dünyasını dəyişib. 

Ekpertlər ölüm faktının olmamasını,  ölkə səhiyyəsinin müntəzəm və nizamlı işi sayəsində əldə edildiyini bildiriblər.